Nazir müavini: “Bizdən donoslar yazırlar ki, güya…”

27.10.2016 - 12:28

ax-february-17-1455694865Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin birgə iclasında ölkədə ağacların kəsilməsi məsələsi müzakirəyə çıxarılıb. İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə dəyişikliklərin müzakirəsi zamanı deputatalr yaşıllıqıarın məhvinə etiraz ediblər.

Deputat Rövşən Rzayev bildirib ki, təmsil etdiyi Göygöl rayonunda ağaclar sürətlə kəsilir və buna səbəb insanların istiliklə təminatında yaranan problemlərdir.

O qeyd edib ki, həmin dağətəyi bölgədə yaşayan insanlar qış aylarında istiliklə təmin olunsalar, ağacları kəsməzlər. R. Rzayev onu da bildirib ki, paytaxt Bakıda da son vaxtlar ağaclar çox kəsilir və bunun kimlər tərəfindən edildiyi hələ də məlum deyil.

Вузгефе  iclasda iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevə də məsələ ilə bağlı müraciət edib.

Deputat Məlahət İbrahimqızı isə bildirib ki, Azərbaycanda yaşıllığın artması istiqamətində xeyli işlər görülüb və bunu görməmək mümkün deyil:

“Bizdən Avropada Yaşıllar Partiyasına donoslar yazırlar ki, guya burada yaşıllığa qarşı soyqırımı var. Amma Yaşıllar Partiyasının bir üzvü mənimlə söhbətdə bildirdi ki, Bakıya gəlib və yaşıllığa heyran qalıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra təkcə Bakıda parkların sayı sürətlə artıb. Hər tərəf yaşıllıqdır”.

Nazir müavini Firdovsi Əliyev son 15 ildə Azərbaycanda yaşıllaşdırmanın miqyasının faizlərini açıqlayıb:

“Meşələrin salınmasının intensivliyi hesabına ölkənin meşə ilə örtülü ərazilərinin 11,4%-dən 11,8%-ə çatdırımasına nail olunub. Yalnız son 8 ildə 4 min hektardan artıq ərazi bərpa edilərək 5 mln. ağac əkilib. Müəyyən hallarda ağacların kəsilməsi faktları da olur, bunun dərhal qarşısını alırıq. Amma ümumilikdə ölkədə yaşıllaşdırma çox sürətlə artır və biz bu sahədə xeyli nailiyyətlər əldə etmişik.

Azərbaycanda yaşayıb azərbaycanlı olmayanlar xaricə donoslar yazırlar ki, güya Azərbaycanda meşələr qırılır.  SSR zamanında 150 min hekrata yaxın sovxoz və kolxoz meşələri olub. 1995-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən həmin sovxoz və kolxoz meşləri Meşə Təsərrüfatı Birliyinə verilməli idi. Bu gün nədənsə o meşlərin 80 min hekrata yaxını hələ də bizə verilməyib.

Bu qanuna dəyişiklə yiyəsiz qalmış meşələr Ekologya Nazirliyinə veriləcək. Nazirlik 9 ay ərzində 146 nəfəri 274.200 manat cərimələyib. 154 fakt üzrə iş hüquq mühafizə orqanlarına göndərilib, 16 iş isə məhkəməyə verilib”.(Modern.az)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=80306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728