Bakıda yağış, rayonlarda qar yağacaq

27.10.2016 - 12:42

havaBakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=80313

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031