MTN polkovnikinin intihar etdiyi təsdiqləndi

27.10.2016 - 16:45

img2229128Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada intihar etməsi ilə bağlı başlanılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, cinayət işi üzrə aparılan araşdırmalar zamanı onun intihar etdiyi sübuta yetirilib. İ. Əliyevin meyitinə ailə üzvlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, MTN-in Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin hazırda həbsdə olan rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, A. Çovdarov İ. Əliyevin döyülərək öldürüldüyünü iddia edir.

Onu da qeyd edək ki, İ. Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunub. O, ötən il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=80370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728