Dillər Universitetində qalmaqal – Şəfaqət Kazımova: “İşimin başındayam”

27.10.2016 - 17:49

cms-image-0000224971477575695Jurnalist Araz Ağayevin Azərbaycan Dillər Universitetinə (ADU) təyinat almasından sonra təhsil müəssisəsinin mətbuat katibi Şəfaqət Kazımovanın aqibəti sual altına düşüb.

Belə ki, bundan sonra Ş.Kazımovanın vəfəsindən uzaqlaşdırılacaqğı fikirləri yayılmışdı.

A.Ağayev Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O deyib ki, Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən, struktur dəyişikliyi baş verib.

Onun sözlərinə görə, struktur dəyişikliyi nəticəsində əvvəlki İctimiayyətlə əlaqələr depatamentinin əvəzinə İnformasiya depatamenti yaradılıb:

“İctimaiyyətlə əlaqələr şöbə olaraq İnformasiya departamentinin tərkibində fəaliyyətini davam etdirəcək. Şəfaqət Kazımova da öz vəzifəsində qalacaq. Jurnalistlər sorğularını həm mənə, həm də Şəfaqət xanıma göndərə bilərlər”.

Məsələ ilə bağlı Şəfaqət Kazımova Modern.az-a hər zamankı kimi işinin başında olduğunu bildirib:

“Jurnalist həmkarlarım hər zamanki kimi müraciət edə bilərlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=80385

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728