Rasim Balayev: “Fuad əcəb eləyib gedib”

29.10.2016 - 14:19

1477735952Fuad Poladov düz addım atıb.

Bu sözləri xalq artisti Rasim Balayev Fuad Poladovun Akademik Milli Dram Teatrından gedişinə münasibət bildirərkən deyib.

O, hesab edir ki, Fuad Poladov kimi aktyorun gedişi Akademik Teatr üçün xoş hadisə deyil:

“Fuad Poladovun gedişini eşitdim. Çox üzüldüm. Görünür incidiblər, bu da xoşuna gəlməyib. Əcəb edib gedib. Düz edib. Yəqin ki, teatr bu gedişlə çox şey itirəcək. Fuad kimi aktyor indi yoxdur, azdır. Gündən-günə azalırıq”.

R.Balayevin sözlərinə görə, Fuad Poladovun tamaşaçıları onu Rus Dram Teatrında izləyə bilər.

Xatırladaq ki, xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrı ilə yollarını ayırıb. O, aktyor Hikmət Rəhimovun işdən qovulmasına etiraz əlaməti olaraq belə bir addım atdığını deyib.(Aznews.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=80564

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930