Azərbaycanda qadınlar niyə öldürülür? MÜDHİŞ STATİSTİKA – VİDEO

01.11.2016 - 09:56

rrSon illər qadınlara qarşı zorakılıq halları gündən-günə artmaqda davam edir. Son bir ayın statistikasına baxsaq demək olar ki, qadın qətillərinin gündəlik xəbərlərin bir hissəsinə çevrildiyini görərik. Onların ərləri və yaxud keçmiş həyat yoldaşları tərəfindən qətlə yetirildiyi isə adi bir hal alıb.

Baş verən bütün bu qətl hadisələrinə nəzər saldıqda isə bunların baş verməsində ən böyük günah və məsuliyyət isə məhz həmin cütlüklərin ailələrinin üzərinə düşür. Ailəsi tərəfindən qəbul edilməyən qızlar ərləri tərəfindən döyülür təhqirlərə məruz qalır və hətta qətlə yetirilir. Sizə son zamanlar ölkəmizdə ərləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən qadınların bəzilərini təqdim edir.

Bu ilin yayında Rusiyanın Sankt Peterburq şəhərində yaşayan Azərbaycan vətəndaşı 34 yaşlı Samir Həbibov həyat yoldaşı 23 yaşlı Gülnar Vəliyevanı qətlə yetirib. 22 aprel səhər saatlarında Gülnar tibb institutuna dərsə getməli imiş. Lakin həmin vaxtdan artıq onun mobil telefonuna zəng çatmayıb. Samirin sözlərinə görə, həyat yoldaşı səhər evdən çıxıb, lakin o, Gülnarın hara getdiyini bilməyib. Həmin vaxtdan 23 yaşlı qadın haqda heç bir xəbər olmayıb. Qızın valideynləri, dostları, könüllülər və polislər onu 1 aydan çox axtarıblar. Lakin bir müddət sonra gənc gəlinin həyat yoldaşı Samir Həbibov onun qətlində şübhəli bilinərək saxlanılıb. 34 yaşlı kişi  23 yaşlı arvadını təsadüfən öldürdüyünü etiraf edib.

440113_000

Son zamanların daha bir oxşar qətli Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Sadiq Muxtarov həyat yoldaşı Lalə Muxtarovanı dəmir parçasıyla döyərək öldürüb. Lalə Muxtarova bir dəfə ailəli olub və 2-ci dəfə əmisi oğlu 26 yaşlı Sadiq Muxtarovla ailə həyatı qurub. Bu nikahdan 2 aylıq körpəsi olan qadın qohumundan da boşanmaq üçün məhkəməyə müraciət edib. Sadiq isə dəfələrlə Lalənin atası evinə gələrək onunla barışmaq istəyib. Növbəti dəfə əmisi evinə gələn Sadiq Muxtarov yaranan mübahisə zamanı arvadını öldürdükdən sonra bıçaqla özünə də xəsarət yetirib.
Bakının Xətai rayonunda da ərlə arvadın mübahisəsi qanlı sonluqla bitib. Rayonun Naximov küçəsində yaşayan 26 yaşlı Qızbəs Məmmədova ilə həyat yoldaşı arasında mübahisə düşüb. Həyat yoldaşı əvvəlcə Qızbəs Məmmədovanı döyüb daha sonra isə şişlə ona xəsarətlər yetirib. Yaralı qonşuların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Q.Məmmədovanın bədənində şişlə vurulma nəticəsində 6 ədəd deşilmiş yara olub. Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Bir müddət əvvəl isə Tovuzda əri hərbçi arvadının boğazını küçənin ortasında kəsərək öldürüb. Həmin qadının can verdiyini əks etdirən videogörüntülər sosial mediada böyük səs-küyə səbəb olub. Taleh Hüseynov Aytəkin İbrahimova cütlüyünün qətldən əvvəlki günlərdə aralarında problemlər yaşandığı bildirlirdi. Qeyd edək ki, qətli törədən Taleh Hüseynov bundan öncə bir dəfə ailəli olub. Bir müddət Rusiya Federasiyasında olan Alakol kənd sakini yaşadığı kəndə bir qətldən neçə gün öncə gəlibmiş. Qətli törədən 31 yaşlı Taleh Hüseynov saxlanılıb.
555

Bir müddət əvvəl media daha bir ər vəhşətini ifadə edən daha bir qanlı xəbərlə çalxalandı. Belə ki, Zərdab rayonunun Yarməmədbağı kəndində ər arvadının başını xüsusi amansızlıqla kəsdi. Baş verən dəhşətli qətlin təfərrüatları barədə danışan qonşular və mərhumun yaxınları qatil ərin kəsilmiş başı əlində fırladaraq nümayiş etdirdiyini bildirib.

Qonşuların sözlərinə görə, son vaxtlar ailəsinin dolanışığı ilə maraqlanmayan Astanovun ailəsinə yaxınları kömək edirmiş. Çobanlıq edən Aqşin Astanov gecə saatlarında evə gələrək arvadına balta ilə zərbə endirib. Onun ölmədiyini görən qatil ər qadının başını daha bir zərbə ilə bədənindən ayırıb.

1477308313_14680634_1814697105480397_3045731562308447349_n

Balakən rayon sakini Zeynal Çobanov da həyat yoldaşını sərxoş vəziyyətdə döyərək qətlə yetirib. Əri tərəfindən qətlə yetirilmiş Kainat Çobanovanın baldızı Əşayə Somarova onların ailəsində problemlərin olduğunu təsdiq edib. Hadisə barədə danışan Ə.Somarova deyib: “Mən evdə olmamışam. Söz-söhbət hamımızın arasında olur. Bu dəfə də oxşar şeylər olmuşdu. Ən çox istədiyimiz gəlinimiz idi. Sakit, yaxşı xasiyyətli biri idi. Heç vaxt xətrimizə dəymirdi”. Hadisəni törədən Zeynal Çobanov həbs edilib. Onu da əlavə edək ki, Kainat çobanova 5 uşaq anası olub.

Daha bir qadına qarşı vəhşiliklə törədilmiş qətl hadisəsi isə Bakının Xətai rayonunda qeydə alınıb. Belə ki,1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb. Məlum olub ki, D.Hüseynovanı əri 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb.

Son günlərin ölkə gündəmini sarsan sonuncu belə hadisəsi Qəbələ rayonu Kürd kəndində baş verən hadisə oldu. Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın atası Məzahir Cabbarov deyib ki, qızı boğulmayıb, xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib. M. Cabbarov iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə  Verdiyeva birgə qətlə yetiriblər.

1477847938_63184

photo_13623

Bəs ailələrdə qadınlara qarşı bu cür aqresiya nədən irəli gəlir? Bu suala cavab tapmaq üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikirlərini aldıq. Birliyin sədri bunun valideynlərin qız övladlarına, həmçinin qaynana və qaynatanın gəlinə olan münasibətindən qaynaqlandığını bildirib. Təhsilin böyük önəmi olduğunu vurğulayan Mehriban Zeynalova təhsilli xanımların daha güclü olduğunu söyləyib. Onun sözlərinə görə, hər hansı problemin qarşısını almaqda hara müraciət etmək qaydasını təhsilli xanımlar daha yaxşı bilir.

“Bu günə qədər baş verən qadın ölümlərində cəmiyyət buna bəaraət qazandırmağa çalışırdı. İndi bu aradan götürülüb. Biz bu gün diqqəti qadınların cəmiyyətdə təhlükəsiz yaşamasına yönəltməliyik. Təhlükəsizliyin təmin olunması üçün müəyyən qurumların diqqətini bu məsləyə yönəltmək istəyirik”, -deyə birliyin sədri qeyd edib. “Uzun müddətdir bizim köhnə streotiplərimiz daha çox qabarmağa başlayıb. Qəribədir ki, biz inkişafa doğru getdikcə bu cür köhnə streotiplərə qayıdırıq. Bu rayon yerlərində daha çox yayılıb. Burada sosial psixoloji gərginlik, dini və s. amillər bu cür hadisələrin baş verməsinə zəmin yaradır. Qadına qarşı münasibət cəmiyyətimizdə olduqca pisləşib. Ailə çərçivəsində qız uşağından xilas olmaq, əxlaqı telləri qabartmaqla qızlarından xilas olaraq onların sonrakı tayeni biganə qalmaq halları geniş yayılıb. Bütün baş verənlər, boşanmalar, qanunsuz doğulan uşaqlar, qanunsuz nikahların sayının artması bütün bunlar hamısı valideynlərin qız uşaqların biganə münasibətinin nəticəsidir”.

Hazırladı: AyNUR Ələkbərova, A24.az

Short URL: http://www.cumhuriyyet.net/?p=80724

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728