Noyabr ayı üçün ulduz falı – BÜRCÜNÜZ SİZƏ NƏ VƏD EDİR?

02.11.2016 - 00:00
burclerQoç
Bu ay macəralı qərar və hərəkətlər sizə xas olacaq. Bu vəziyyətdə sevgi və yaradıcılıqda bəxtiniz yaxşı gətirəcək. Amma yalanla və aqressiya ilə üzləşməyiniz istisna olunmur. İşdə çox yorulmayın və istirahət üçün zaman ayırın. İntuisiyanıza inanmaq pis olmazdı.

Buğa
Bu ay hər şey əla alınacaq. Başqa bir insana olmağa çalışa bilərsiniz. Əngəllər müfəqqəti olaraq yoxa çıxacaq. Dondurduğunuz layihələrdə bir irəliləyiş olacaq. Dəbli yığıncaqlarda iştirakınız sizə xüsusi zövq verəcək. Bəzi hadisələr sizə pis təsir edəcək. Amma özünüzü sakit aparmağınız məsləhətdir.

Əkizlər
Bu ay hadisələrin tam mərkəzində olacaqsınız. Bu şansınızdan ciddi problemlərin həlli zamanı istifadə edə bilərsiniz. Bu dövrdə xoş və faydalı tanışlıqlar ola bilər. Həyatınızı köklü dəyişmək üçün şans yaranacaq və bu dəyişikliklər sizin faydanıza olacaq.

Xərçəng
Bu ay etdikləriniz layiqincə dəyərləndiriləcək. Yeni mənzil alacağınız gözlənilir. Bu ay özünüzü göstərməyiniz üçün əla vaxtdır. Həyat özü sizə xoş sürprizlər bəxş edəcək. Onları qəbul edin və həyatınızdan zövq alın. Siz buna layiqsiniz.

Şir
Bu ay sizi sevməyənlərin fitnəsilə üzləşəcəksiniz. Özünüzü onlardan qorumağın yolu fikir verməmək və soyuqqanlılıq nümayiş etdirməkdir. Fəallığı şəxsi maraqlarınız tərəfə yönəltməyiniz məsləhətdir. Yerinə yetməyəcək arzular barədə unudun. Reallığa daha yaxın olun.

Qız
Payızın sonlarına doğru virtual tanışlıq və ünsiyyətlə bağlı çətinlikləri dəf edəcəksiniz. Səhv fikirlərə düşmə ehtimalınız çoxdur. Problemlərinizin öhdəsindən gələcəksiniz. Bu ay həyatınızda köklü dəyişikliklər olmayacaq. Arzularınızın həyata keçməsi üçün ideal vaxt deyil.

Tərəzi
Həyatınızı dəyişəcək bəzi təklifləri nəzərdən keçirəcəksiniz. İşgüzar və şəxsi həyatda çətinliklərin olacağı gözlənilir. İşdə kimsə öz iştirakı ilə sizi narahat edəcək. Heç kimin kölgəsi altına düşməyin. Sona qədər şəxsi fikrinizdə qalın və başqasının təsiri altına düşməyin.

Əqrəb
Ötən ayda sizi müşayiət edən bütün çətinliklər bu ay öz həllini mütləq tapacaq. Ad gününüzlə bağlı vurnuxmalar arasında görəcəksiniz ki, işlər yeni axarla inkişaf edir. Qarşınıza çıxan maraqlı təklifləri normal qəbul edin, onlar uğrunda mübarizə aparmağa da dəyər. Sonradan peşman olmamaq üçün cəsarətli olun.

Oxatan
Bu ay professional sahədə böyük uğurlar qazanacaqsınız. Əsas şərt – gücünüzə şübhə etməyin. Elektrik cihazlarından istifadə zamanı diqqətli olmalısınız. Aktiv hərəkət üçün yaxşı zaman deyil. Yaxın gələcəkdə reallaşacaq planların qurulmasına başlaya bilərsiniz.

Oğlaq
Bu ay sizin üçün çox uğurlu olacaq. İş sahəsində və şəxsi həyatınızda başladığınız hər bir yenilik böyük uğurla nəticələnəcək. Köhnə dostlarınız barədə unutmayın, onlarla çox vaxt keçirin. Həm mənəvi, həm də fiziki baxımdan özünüzü əla hiss edəcəksiniz.

Dolça
Bu ay sizi müsbət dəyişikliklər gözləyir. Fəaliyyətiniz arzuolunandır. Daxili səsinizə və yaxın dostlarınıza inanmağınız məsləhətdir. Bir az gərgin işdən sonra istirahət etməyiniz pis olmazdı. Bu arada yaxınlarınızla da çox vaxt keçirə bilərsiniz. Onlar sizin üçün çox darıxıb.

Balıqlar
Çoxdan fikrinizdə tutduğunuz planı həyata keçirərkən həyatınızdakı önəmli dəyişikliyi hiss etməyəcəksiniz. Bütün payız gərgin işlə məşğul olacaqsınız, müsbət nəticə hhhhamısını kompensasiya edəcək. Maddi vəziyyətinizin yaxşılaşacağı, karyerada yüksəliş, yeni sevgi macərası olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=80824

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728