Valyuta bazarı yenə çalxalanır

03.11.2016 - 12:38

devalvasiya«Novoye Vremya» qəzetində «Valyuta bazarı yenə çalxalanır» sərlövhəli məqalə dərc olunub.

Yazıda ölkənin maliyyə durumundan bəhs edilir.

Yazının əvvəlində qeyd edilir ki, ölkə yeni devalvasiya ərəfəsindədir.

Müəllifə görə, ölkədə belə bir durumunun yaranmasına səbəb idarəetmədəki problemlərdir: «Tənzimləyici orqanla bağlı hər şey aydın deyil. Mərkəzi Bank sərbəst kursa keçərək manatın tənzimlənməsindən kənara çəkilib. Maliyyə Bazarlarına Nəzarət Palatası isə, hələ, ölkənin «maliyyə nəbzi»ni tuta bilmir. Keçən ilin devalvasiyasından sonra bank sistemi yenə də yeni valyuta böhranına çəkilir. Tələb və təklif baxımından valyuta bazarında balans yoxdur. Bank kreditlərinə tələb sıfır nöqtəsindədir. Hətta Mərkəzi Bankın uçot dərəcəsini 9.5 faizə qaldırması belə vəziyyəti dəyişə bilmir. İnvestisiya alətləri ya yoxdur, ya da kifayət qədər deyil».

Yazıda vurğulanır ki, ölkənin bank sistemi deqradasiyaya uğramaqda davam edir. Vətəndaşların əli hətta ən sadə pul köçürmələri kimi əməliyyatlara belə çatmır.

Müəllifə görə, ehtimal edilən devalvasiya belə ölkədə istehsalın inkişafına səbəb olmayacaq. Bu, daha çox vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət olunmasına xidmət edə bilər.

Müəllif vəziyyətdən çıxışı total korrupsiya ocağı adlandırdığı vergi və məhkəmə sistemlərində köklü islahatlarda görür: «Amma köhnə düşüncə ilə bu islahatları aparmaq mümkün deyil. Hakimiyyət indi bunun üzərində düşünməlidir. İslahat olmayacaqsa, deməli, inflyasiya, iqtisadi böhran əhalini kəmərləri daha çox sıxmağa vadar edəcək. Bəlkə də, bu, hökumətin iqtisadi islahatlar reseptidir…».

Short URL: http://www.cumhuriyyet.net/?p=80993

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728