Sakinlərin həyatına təhlükə yaradan liftlər… – REPORTAJ

03.11.2016 - 17:38
b1d5a5086400Xətai rayonu, Gəncə prospekti, bina 555-də yaşayan sakinlər yaşadıqları binanın kommunal problemlərinə etirazlarını bildiriblər. Müraciət edən sakinlər problemlərinin ictimailəşməsini və dövlət qurumlarının bu məsələyə diqqət göstərməsini istəyirlər. 
Onların sözlərinə görə, binanın ən böyük problemi köhnə və təmirsiz vəziyyətdə olan liftdir. Digər tərəfdən, havaların soyuq keçdiyi bir vaxtda istilik sistemlərinin hələ də işlək vəziyyətdə olmaması da sakinlərin narazılığına səbəb olub.
Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və sakinlərin gileyini dinləyib.
Doqquzmərtəbəli köhnə bina baxımsız durumdadır. Sovet hökuməti zamanında inşa edilən binanın liftləri o gündən bu yana təmir olunmadığı üçün normal işləmir. Sakinlərin sözlərinə görə, bu səbəbdən də binada hər gün liftdə qəza yaşanır, kimsə təhlükəli vəziyyətdə liftin içində qalır.
Binanın dəhlizlərində pəncərələr isə ümumiyyətlə, yoxdur. Bina 86 saylı Mənzil Kommunal İstismar İdarəsinin ərazisində olsa da, heç bir köməklik olunmur. Sakinləri öz vəsaitləri hesabına bəzi problemləri qismən həll edə biliblər. İllərdir ki, aylıq olaraq pul yığıb, köhnə liftləri təmir etdirirlər.
Ancaq deyirlər ki, liftin qaldırıcı mexanizmi xarab olduğundan artıq təmir etdirmək olmur. Yeganə çıxış yolu liftin yenisi ilə əvəzlənməsidir ki, bu da sakinlərin maddi imkanı xaricindədir: “9 mərtəbəli binada liftsiz yaşamaq mümkün deyil. Burada qocalar, xəstələr, uşaqlar, hamilə qadınlar var. Qorxumuzdan liftə minə də, yuxarı mərtəbələrə piyada qalxa da bilmirik”.
Sakinlər problemlərlə bağlı dəfələrlə MİS-ə müraciət etsələr də, heç bir nəticə verməyib. MİS nümayəndələri müxtəlif bəhanələrlə işdən yayınıblar. Bildiriblər ki, koorperativ binalar onların səlahiyyətində deyil. Sakinlər isə binanın kooperativ olmadığını deyirlər.
Binanın digər problemi isə istiliklə bağlıdır. İstilik sistemlərinin işə düşməməsi ilə yanaşı, sakinlər verilən qazın təzyiqinin aşağı olduğundan da narazıdırlar. Çəkiliş zamanı bir neçə mənzilə də baş çəkdik. Demək olar ki, əksər mənzillərdə qaz çox zəif yanırdı.
Mərkəzi istilik sisteminin də işə düşməməsi sakinlərdə narazılıq yaradıb. Ötən illə müqayisədə bu il havaların soyuq keçməsi isə insanların səhhətinə ziyan vurur.
Xatırladaq ki, qanunvericilikdə qış vaxtına keçid, yəni istiliyin verilməsi, qazın təzyiqinin artırılması noyabr ayının 15-dən etibarən nəzərdə tutulur.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.







Short URL: http://www.cumhuriyyet.net/?p=81038

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930