Bakı metrosunda qadının soyulması anbaan kameraya düşdü:Cibgiri siz də tanıyın – VİDEO

05.11.2016 - 01:06

rrMetrodan çıxan qadının cibindən telefonunu götürür… Telefonu götürdükdən sonra qadının arxasınca da baxır ki, xəbəri oldu, ya yox. Görüntülər Bakı Metropoliteninin ”Nizami” stansiyasında təhlükəsizlik kamerasına düşüb. Bir neçə gün əvvəl Bakı şəhər sakini Şəbnəm Babayeva metronun ”Nizami” stansiyasında gödəkçəsinin yan cibindən mobil telefonunun oğurlanması barədə polisə şikayət müraciət edib.
Bakı şəhər Baş Polis İdarəsi metropolitendə polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər oğurluq maddəsi ilə dəfələrlə məhkum olunmuş Anar Hüseynov tutulub. Həmin şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun metro stansiyalarında törətdiyi digər cibgirlik cinayətlərinin də üstü açılıb.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir. Polis əməkdaşları Anar Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Cumhuriyyet.az Xəzər Xəbərə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Short URL: http://www.cumhuriyyet.net/?p=81146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728