Dekoderlərin süni bahalaşmasının qarşısını alırıq – Nazirlik

05.11.2016 - 12:06

pultƏhalinin hər hansı məişət qurğuları ilə təmin olunması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid deyil.

Bu barədə naziriyin yaydığı məlumatda deyilir.

“Uzun müddətdir ki, ayrı-ayrı şirkətlər tərəfindən qəbuledici avadanlıqlar radioelektron malların satış məntəqələrində müxtəlif qiymətlərlə əhaliyə təklif olunur. “Azərpoçt” tərəfindən poçt şöbələrində bu qurğuların münasib qiymətlə satışı isə əlavə, yardımçı bir tədbirdir. Məqsəd dekoderlərin qiymətinin süni surətdə qaldırılmasının qarşısının alınması və əhalinin bu qurğulara olan tələbatının ödənilməsinə köməkdir. Bu işlər tələbata uyğun olaraq “Azərpoçt” tərəfindən davam etdirilir”, – deyə məlumatda qeyd edilib.

Bildirilir ki, analoq televiziya yayımından rəqəmli televiziya yayımına keçidin zəruriliyi yarandığından 2006-cı ildə Beynəlxalq Telekommunikasiya İttifaqında bu məsələlər müzakirə edilib və dünya ölkələrinin bu keçidə hazırlığı nəzərə alınaraq 2015-ci ildə rəqəmli yayıma tam keçilməsi və analoq yayımın dayandırılması üzrə bütün üzv ölkələr öhdəlik qəbul ediblər. Bu öhdəliyə görə, 2015-ci ildən sonrakı dövrdə davam edəcək analoq televiziya yayımı üçün informasiya təhlükəsizliyinin qorunması ilə bağlı kənar müdaxilələrə beynəlxalq səviyyədə baxılmır.

Azərbaycan ərazisində televiziyaların rəqəmli yayımlanması texnoloji prosesdir. Digər sahələrdə olduğu kimi, televiziya yayımında da son standartlar tətbiq edilməlidir. Bütün əhalinin televiziya proqramlarını vahid, yüksək keyfiyyətdə izləməsi təmin olunmalıdır.

Azərbaycanda rəqəmli televiziya yayımına keçid prosesi 2004-cü ildən başlamışdır. Bir neçə il test yayımı aparılaraq 2011-ci ildən bütün respublika ərazisində rəqəmli yayım şəbəkəsinin qurulması başlayıb. 2014-cü ildə şəbəkənin qurulması başa çatdırılmış və ilk olaraq həmin ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası ərazisində analoq yayım tam dayandırılaraq rəqəmli şəbəkəyə keçirilib.

Bütün bu dövr ərzində, əsasən də son bir neçə ayda ictimaiyyət daim məlumatlandırılıb. Milli Televiziya və Radio Şurasının müvafiq qərarına uyğun olaraq  noyabrın 1-dən Bakı və Abşeron ərazisində, dekabrın 1-dən isə respublikanın digər ərazilərində analoq yayımın dayandırılması barədə əhali məlumatlandırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=81179

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930