Aprel döyüşlərində zərərçəkən: “3 milyon manat çatmadı?”
Bu il Aprel döyüşləri zamanı zərər çəkmiş ərazilərdən biri də Ağdam raoyunun Mahrızlı kəndi idi.
Adıçəkilən kəndin sakini Sədrəddin Hüseynov müraciət edərək bildirib ki, həyətinə düşən mərmidən sonra ev yararsız vəziyyətdədir və aparılan təmir işləri isə yarımçıq qalıb:
“Aprel ayının 27-dən 28-nə keçən gecə cəbhədəki gərginlik zamanı bizim həyətə mərmi düşmüşdü. Evin qabaq hissəsi həm əvvəlki videoda görünür, həm də indiki vəziyyəti çəkilib. Həmin hissə təmir olundu, qalan hissələr qaldı. Dedilər 10 gündən sonra gəlib tamamlayacağıq. İyun ayında başlanan təmir o vaxtdan yarımçıq qaldı, gələn olmadı. Material pulunun bir hissəsini onlar verdilər, bir hissəsini cibimdən qoydum ki, təmir qurtarsın. Amma yarımçıq saxladılar, o vaxtdan heç kim maraqlanmır. Ağdam rayon İcra Hamiyyətinin nümayəndəsi Vidadi müəllimə bir neçə dəfə demişəm.
“Bizim tərəfimizdən zərər çəkmiş bütün evlər təmir olunaraq istifadəyə verilib. Görülən işlərlə bağlı akta ev sahibləri imza atıblar, onlar hətta dəfələrlə təşəkkür məktubu da ünvanlayıb. Dediyiniz ərazidə mümkün deyil ki, təmir yarımçıq qalsın. Bəlkə də həmin şəxs başqa bir evi çəkib sizə göndərib”.
Xatırladaq ki, Prezident İlham Əliyev erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrılıb.
Məsələni diqqətdə saxlayacağıq. Buna bənzər problemi olan vətəndaşlar redaksiyamıza müraciət edə bilər…(Qaynarinfo.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=81316