Cənubi Amerikada ən yüksək zirvəyə Azərbaycan bayrağı sancıldı – VİDEO

08.11.2016 - 01:28

rrMəşhur azərbaycanlı velosəyahətçi Ramil Ziyadov dünya səyahətini davam etdirir. Musavat.com xəbər verir ki, R.Ziyadov velosipedlə Cənubi Amerikaya çatan ilk həmyerlimiz olub. O, Kolumbiya və Ekvadordan keçərək Peruya gəlib. Hazırda Ramil Peruda And dağları boyunca səyahətini davam etdirir.
O, 5059 metr hündürlüyü olan Uayrakkasa, eləcə də, Çonta və digər zirvələri fəth edib. R.Ziyadov postsovet ölkələrindən bu zirvələrə velosipedlə çıxan yeganə velosipedçi olub. Fəth etdiyi zirvələrdə o, Azərbaycan bayrağını dalğalandırıb və bunu 9 noyabr Bayraq Gününə həsr edib. Həmin zirvədə çəkdiyi videonu isə facebook səhifəsində paylaşıb.
Qeyd edək ki, R.Ziyadov dünya səyahətinə 2 il öncə başlayıb. Bu müddətdə o, Gürcüstan, Rusiya, Yunanıstan, Misir, Türkiyə də daxil olmaqla bir neçə ölkədən keçərək 45 min kilometr məsafə qət edib.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=81352

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728