Dərsə gedən bir uşaq, çıxdı boru üstə qoçaq – FOTO/VİDEO

08.11.2016 - 10:29
c2c8d7b4-ff35-49d9-8424-2adc7df4f941-copyXaçmaz rayonunun Şıxhaput və Sərkərli kəndlərini birləşdirən körpünü sel aparıb.

Ağçay çayının üzərində yerləşən və sel sularına məruz qalaraq dağılan körpünün yerində müvəqqəti olaraq metal borulardan körpü kimi istifadə olunur. Bu da kənd sakinləri üçün təhlükə mənbəyinə çevrilib.

Belə ki, rayon mərkəzindən 10 kilometr aralıda yerləşən Şıxhaput kəndində orta məktəb olmadığından şagirdlər qonşu Sərkərli kənd orta məktəbinə gedirlər.

Kand sakinlərinin sözlərinə görə, hər gün 70-dən artıq şagird və 10-a yaxın müəllim eyni zamanda kənd sakinləri çayı metal borunun üzərindən keçmək məcburiyyətində qalırlar.

Bu kəndlə yanaşı qonşu Qaraçay-Cəgli, Qaracig-Zeyid, Aşağı-Zeyid, Qədimalı və Alıc kəndləri də nəinki avtomobil körpüsünün, ümumiyyətlə körpünün olmamasından əziyyət çəkirlər.

Hadisə yerinə ezam olunan müxbirin hazırladığı videoreportajı təqdim edirik.(Report.az)




 

Short URL: http://www.cumhuriyyet.net/?p=81371

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728