Vasif Adıgözəlovun oğlu işdən çıxarıldı – FOTO

08.11.2016 - 12:14
tog%cc%86rul1Azərbaycanın mərhum xalq artistinin oğlu vəzifəsindən azad edildi. Criminal.az saytına daxil olan məlumata görə, Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, xalq artisti Vasif Adıgözəlovun oğlu Toğrul Adıgözəlov məhşur klinikadakı baş direktor postunu itirib.
Mərkəzi Klinik Xəstəxananın baş direktoru vəzifəsində çalışan T.Adıgözəlova bir neçə gün əvvəl işdən uzaqlaşdırılıb. Onun yerinə Xüsusi Müalicə Sağlamlıq Kompleksinin direktoru İxtiyar Sultanov təyin olunub.
T.Adıgözəlova sadiqliyi ilə seçilən bir neçə məhşur həkim heyətinin də işdən çıxarılacağı bildirilir.
Bundan başqa T.Adığözəlovun nəzarətində olan ”Caspian İnternational Hospital”da da əsaslı dəyişikliklər edilib. Həmin klinikaya isə Ramin Bayramlı təyin olunub.
Xatırladaq ki, T.Adığözəlovun qardaşı Yalçın Adıgözəlov Azərbaycanda tanınmış dirijordur. Toğrul Adıgözəlov əvvəllər 1999-2009-cu illərdə Bakının məşhur klinikalarından olan “Leyla Şıxlinskayanın Klinikası”nın baş həkimi vəzifəsində işləyib. 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov klinikanı lisenziyadan məhrum etmək istəsə də, Adıgözəlov məhkəmədə klinikanın maraqlarını qoruya bildi və onu bağlanmağa qoymadı.
Ramin Bayramlı isə yeni vəzifəyə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru vəzifəsindən gətirilib. O, həmin klinikada işləyən zaman xəstələrdən birinin oğlunu təhqir etdiyinə görə prokurorluğa verilmişdi.
Mərhum xalq artisinin oğlu baş direktor vəzifəsindən çıxarıldı - FOTO

Short URL: http://www.cumhuriyyet.net/?p=81388

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930