Bakıda məşhur geyim mağazası bağlandı

08.11.2016 - 16:41

spencerDünyanın tanınmış geyim mağazaları brendlərindən biri sayılan “Marks & Spencer” şirkəti Bakıdakı mağazasını bağlayıb.

Bakının ticarət mərkəzlərinin birində yerləşən mağaza öz fəaliyyətini 12 gün əvvəl, oktyabrın 27-də dayandırıb.

Mağazanın sahibi olan şirkətdən onun bağlanması səbəbləri açıqlanmır, amma böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır. Bakı, bu məşhur şəbəkənin fəaliyyətini dayandırdığı yeganə şəhər deyil.

Son məlumatlara görə, “Marks & Spencer” qarşıdakı 5 il ərzində təkcə Böyük Britaniyada 60 paltar və ev üçün əşya mağazasını bağlayacaq.

Bu qərara ilin birinci yarısında gəlirlərinin azalması səbəb olub. Belə ki, ilk 6 ayda “Marks & Spencer”in vergi qoymadan əvvəlki gəliri 231,3 milyon funt sterlinq (287,3 milyon dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövründən 18,6% azdır.

“Gələcək beş il ərzində biz Böyük Britaniyadakı daşınmaz əmlakımızı transformasiya edib, 60 mağazamızı bağlayacağıq”, – deyə şirkətin açıqlamasında deyilir. Əvəzində “Marks & Spencer” “Simply Food” ərzaq dükanı şəbəkəsinin sayını artırmaq istəyir. Şirkət 2019-cu ilədək Böyük Britaniyada 200 yeni ərzaq dükanı açmağı düşünür. Xatırladaq ki, “Marks & Spencer” 1884-cü ildən fəaliyyət göstərir.(Fins.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81424

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728