Nazirdən və “Bakinternet” rəhbərindən xalqa – Xəyanət

11.11.2016 - 11:39

ramin-quluzad%c9%99_2Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Bakinternet” rəhbərliyi prezidentə qarşı sabotajla məşğuldur

Yeni nazir Ramin Quluzadə və “Bakinternet” rəhbəri dövlət başçısı İlham Əliyevin daxili siyasi kursuna zidd getməkdədir.

Abunəçilərin sözlərinə görə, yeni qərar tamamilə qanunsuzdur. Onlar bildirirlər ki, ayın 6-dək internet xidməti borcu ödənməyən müştərinin interneti kəsilir. Dünyanın heç bir ölkəsində və Azərbaycanda belə bir misli görünməmiş özbaşınalıq olmayıb.

Vətəndaşlar qaz, su, işıq və digər kommunal borcları ay ərzində istədiyi gün ödəniş edə bilir. Əgər vətəndaş gecikdirirsə, o halda kommunikasiya kəsilə bilər. Ramin Quluzadə və “Bakinternet” rəhbəri isə heç bir əsası olmadan vətəndaşlara ayın 6-dək möhlət qoyur.

Bu biabırçılıqdır və qanunsuzluq, dərəbəylikdir. Hansı əsasla vətəndaşın internet xətti 6-dən sonrakı tarixdə kəsilir? Abunəçi ay ərzində istədiyi zaman ödəniş etmək hüququna malikdir. Necə ki dünənə qədər belə olub.

Yeni nazir isə Əli Abbasovun etmədiyi qanunsuzluu etməkdədir. Bu birbaşa İlham Əliyevə qarşı təxribatdır.

Abunəçilər hesab edirlər ki, prezident dərhal bununla bağlı ölçü götürməlidir. Heç bir nazirlik vətəndaşına başına belə oyun açmır. Üstəlik, ödəniş etdikdən uzun müddət sonra internet xidməti bərpa olunur.

MTN işinə görə vəzifəsindən azad olunmuş Ə.Abbasovun dövründə insafən, belə qanunsuz qərar verilməmişdi. Hətta MTN bandasındakı quldurlar və vergi müfəttişləri insanlara qarşı bu formada özbaşınalıq etməyib.

Xəbərdə deyilir ki, iqtisadi böhranın ağırlaşdığı və xalqın maddi vəziyyətinin getdikcə pisləşdiyi zamanda verilən bu qərar birbaşa prezident İlham Əliyevə, Prezident Administrasiyasının siyasi kursuna, xalqa və dövlətə qarşı addımdır.

Nə Azərsu, nə Azəriqaz, nə Azərişıq və digər kommunal sahələrdə vətəndaşın qarşısında öhdəlik qoyulmayıb ki, ayın 6-dək borc ödənilməlidir. R.Quluzadə və “Bakinternet” rəhbəri isə hansı qanuna istinad edib anlaşılan deyil.

Nazir və internet xidməti rəhbərliyi abunəçilərin hazırkı durumunu nəzərə almaq, qiymətləri ucuzlaşdırmaq əvəzinə, (çünki dünyanın hər yerində itnernet inkişaf edir, ucuzlaşır) soyğunçuluqla məşğuldur.

Abunəçi ay ərzində istədiyi zaman ödəniş etmək hüququ var. Nazirliyin mətbuat xidməti təcili şəkildə izah verməlidir. Həmin tarixdə vətəndaşın pulu olmaya bilər, əmək haqqı almaya bilər. Bu nə rüsvayçılıqdır? Prezidentin insanların şəraitinin yaxşılaşması və problemlərin yüngülləşməsi üçün tapşırıqlar verir, R.Quluzadə və ətrafı isə dövlət başçısına qarşı işləyir, xalqı narazı salır. Mövzunu davam etdirəcəyik.(Politika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728