Gənclərə qadağa: bar, diskoteka və gecə klubları…

15.11.2016 - 12:02

milli-m%c9%99clis2“Müasir dünyada qlobal çağırışlar gənclər siyasəti haqqında qanuna dəyişikliyi zəruri edir”.

Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Milli Məclisin Gənclər və idman komitəsinin iclasında “Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişikliklər və əlavələrin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dünyada yeni çağırışlar olduğundan Azərbaycanda da gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmilləşdirməyə ehtiyac yaranıb: “Bütün bunları nəzərə alaraq, gənclər siyasətini daha da təkmilləşdirmək istədik”.

Komitə sədri Fuad Muradov isə qeyd edib ki, dövlət başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasəti mövcud qanun dəyişikliyi labüd edir: “Qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var. Əsas məqsəd dəyişiklikləri geniş müzakirəyə çıxarıb yekun rəyə gəlməkdir. Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Bundan başqa, aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənc kateqoriyalarının da qanundan daha geniş şəkildə yararlanmasına diqqət yetirilir. Bundan əlavə, məşğuluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işdən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb”.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliklərə əsasən, gənclərə pulsuz ümumitəhsil verilməsi, pulsuz dərsliklərlə təmin olunma, pulsuz tibbi müayinə, dövlət mülkiyyətində olan idman sağlamlıq mədəniyyət obyeklərindən pulsuz istifadə etmək imkanları yaradılmalıdır.

Eyni zamanda, gənclərin mənəvi-əxlaqi tərbiyəsində nəzərə alınması ilə bağlı qanuna bir sıra dəyişikliklər və əlavələr nəzərdə tutulub. Burada əsasən gənclərin dini ekstremist və radikal qruplaşmalara qoşulması ilə bağlı müddəa nəzərdə tutulub.

Layihədə istedadlı gənclərə dövlət qayğısı da nəzərdə tutulub. Belə ki, dövlət istedadlı və yaradıcı gənclərin müəyyən edilməsi və inkişafına şərait yaradılmalı, yüksək nailiyyət əldə edən gənclərin tanıdılması üçün tədbirlər həyata keçirilməlidir. Risk qrupuna daxil olan gənclərin isə sosial adaptasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Layihdə həmçinin 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması mqəsədilə bir sıra qadağanedici müddəalar da nəzərdə tutulur. Belə ki, Azərbaycanda 18 yaşına tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadəsi, eləcə də şans və mərc oyunlarında birbaşa və dolayı ilə yolla iştirakı, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında olmasında iştirakı qadağan edilir.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81893

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31