Əmək qəhrəmanı institutu bərpa edilir

15.11.2016 - 16:58

0fc154e4-8ecd-46b4-8c0d-869eb08c60d7_w987_r1_sParlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsi noyabrın 15-də keçirilən iclasında “Əmək” ordenini ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklikləri müzakirə edib.

Komitənin rəhbəri Əli Hüseynli deyib ki, əmək qabaqcıllarının xidmətini qiymətləndirməkdən ötrü Azərbaycan prezidentinin təşəbbüsü dəstəklənməlidir.

Birinci dərəcəli “Əmək” ordeni qızıldan hazırlanacaq. İkinci dərəcə gümüşdən, üçüncü bürüncdən olacaq. Onlarda aypara və ulduz təsvir ediləcək.

Komitə sənədi Milli Məclisin plenar iclasına tövsiyə edib.

Əmək qəhrəmanı institutu sovetdən qalma hesab olunur.

SSRİ dövründə əməkdə fərqlənənlərə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilirdi.

Həmin adın verilməsi ilə bağlı əsasnaməni SSRİ Ali Soveti Rəyasət Heyəti 1938-ci ildə qəbul edib. Ona qədər SSRİ-də Əmək Qəhrəmanı adı verilirdi.

Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilk dəfə 1939-cu ildə İosif Stalinə verilib.

Sonuncu əmək qəhrəmanı isə Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenovadır.

Azərbaycanda da bir çoxları Sosialist Əməyi Qəhrəmanı olub. Belə adlar Azərbaycanda əsasən pambıqçılara, neftçilərə və üzümçülərə verilirdi.(Turan)

Short URL: http://www.cumhuriyyet.net/?p=81932

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31