Ölkədə nə qədər işsiz var?

17.11.2016 - 10:59

11253Ölkədə işsizliyin həcmi rəsmi statistikadan 10 dəfə çoxdur.

Bunu ekspert Nəriman Ağayev “Exo” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, işsizlik durmadan artır:

“Ölkədə işsizliyin həcmi rəsmi statistikadan 10 dəfə çoxdur. Təkcə tikinti sahəsində 100 mindən çox insan işsiz qalıb. Ümumi mənzərəni təsəvvürə gətirmək dəhşətdir”.

Ekspert deyir ki, indi ölkədə işsizliyin dəqiq səviyyəsini müəyyən etmək olduqca çətindir: «Azərbaycanda ancaq hər 10 işsizdən 1-i məşğulluq mərkəzlərinə müraciət edir. Əksəriyyət müstəqil şəkildə iş axtarışındadır. Bunu demək olar ki, maliyyə sektorunda 30 min, ticarət sektorunda isə 20 min nəfər işsiz qalıb.

N.Ağayev vurğulayır ki, indiki ağır iqtisadi şəraitdə iş tapmaq çoxlarına qismət olmur.

Ekspertə görə, ölkədə ilkin olaraq tikinti sektoru canlandırılmalıdır. Onun fikrincə, hökumət bu sahəni stimullaşdırmalıdır.

Başqa bir iqtisadçı Azər Mehdiyev isə deyir ki, məşğulluq mərkəzlərinə müraciət edənlərin çoxu heç müavinət də ala bilmirlər. O, buna səbəb kimi bürokratik maneələri göstərir. Ekspert qeyd edir ki, hazırda bu müavinətin həcmi 250 manatdır. Amma o qədər sənəd tələb edilir ki, insanın bu müavinəti almasına marağı qalmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=82092

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31