ATV-nin Xoşqədəm yalanı üzə çıxdı – FOTOFAKT

17.11.2016 - 12:33

xxos-jpg-pagespeed-ic-um0bqumxa_Əməkdar jurnalist, “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında gərginlik davam edir. Bir neçə gün öncə yayılan məlum videogörüntülərdən sonra ATV-nin yaydığı məlumatda bir sıra maraqlı məqamlar yer alıb.

Apardığımız kiçik araşdırma nəticəsində məlum olub ki, şirkətin bir neçə gün öncə yaydığı açıqlama ötən ilin aprel ayında yaydığı açıqlamanı təkzib edir.

2015-ci ilin aprelində ATV-nin mətbuata yolladığı açıqlamadan bir hissə:

“O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlardır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layihədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib”.

İndi isə bir neçə gün öncə yayılan məlumata nəzər salaq:

“Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verlişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib”.

Apardığımız araşdırma nəticəsində məlum olub ki, “Səni axtarıram”ın 2014-cü ilə qədər olan heyətindən hazırda ATV-də 10-a yaxın əməkdaş (adlarını yazmağı lazım bilmirik-İ.V.) çalışır.

Məsələylə bağlı ATV-nin də mövqeyini öyrənməyə çalışacağıq.(Olke.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82111

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31