Azərbaycanın saç biznesi: “Bakirə” saçlar və saçlarını satmaq istəyən qadınlar – FOTOLAR
Qadını cazibədar və gözəl göstərən vasitələrdən biri də saçlardır. Daim baxımlı və gözəl olmaq arzusunda olan xanımlar müxtəlif yollara əl atır. Bunlardan biri də saçların süni şəkildə uzadılmasıdır. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qadınlar saçlarının uzunluğunu süni şəkildə artırmağa meyllidirlər. Saatlarla çəkən prosedurdan sonra saçlar “uzanır”.
Azərbaycanda əvvəllər əsasən şou-biznes ulduzları arasında saçlarını uzatmaq dəbdə olsa da bir müddət sonra bütün xanımlar buna maraq göstərməyə başlayıb. Bəs ölkəmizdə xanımların istifadə etdiyi bu saçlar necə əldə edilir. Onların qiymətləri neçəyədir? Cumhuriyyet.az A24.az-a istinadən bu suallar ətrafında apardığı maraqlı araşdırmanı sizə təqdim edir.
Uzun müddətdir gözəllik saolnunda işləyən saç-ustası Aytən Dağlı Azərbaycana bu saçların ən çox Türkiyədən gətirildiyini bildirib. Onun sözlərinə görə, bu sahədə ikinci yeri İndonezi tutur.
“Lakin ən yaxşı saçlar özbək saçları hesab edilir. Onlar bütün ölkələrə təbii, rənglənməmiş şəkildə göndərilir. Özbək saçları azərbaycanlıların saçlarına nisbətən daha ağır olur. Bu saçlar Azərbaycana gətirilsə də qiyməti çox bahadır. Ölkəmizdə əsasən müğənnilər bu saçlardan istifadə edir”.
Özbək saçları əldə etmək üçün çox vaxt ustalar birbaşa həmin ölkəyə gedir yaxud da xüsusi sifarişlər verərək ölkəmizə gətirirlər. 100 qram yerli saçın qiyməti 150 manat olduğu halda, 100 q özbək saçının qiyməti 1000 manat civarındadır.
Saç ustası ölkəmizə Çindən də saçların gətirildiyini lakin bu saçlarda “elektriklənmə” olduğu üçün alıcılarının azlıq təşkil etdiyini bildirdi.
Ölkəmizə gətirilən saçların növbəti ünvanı isə Hindistandır. Bu ölkədən gətirilən saçlar çox qadını qane etmir. Onun spesifik qoxusu olduğu üçün xanımlar tərəfindən bəyənilmir.
Saçlarını satmaq arzusunda olan xanımlar isə bunları bilməlidirlər:
Uzunluğu 80 sm, çəkisi 50 q olan qara təbii saç-ın qiyməti 80-90 man,
Uzunluğu 80 sm, çəkisi 50 q olan sarı təbii saçın qiyməti 120-150 man,
Uşaq saçlarının qiyməti isə uzunluğundan və çəkisindən asılı olaraq 50- 200 manat arasında dəyişir.
Türkiyədəm gətirilən uzunluğu 80 sm, çəkisi 50 q olan qara saçın qiyməti 150-200 man, uzunluğu 80 sm, çəkisi 50 q olan sarı saçın qiyməti- 200-300 man arsında dəyişir.
Minimum uzunluğu 50 sm olan saçı kəsdirib satmaq da mümkündür. Bu uzunluqda saçın qiyməti isə 50-60 manat arasında dəyişir.
Saç isthesalı, satışı və alışı dünyanın müxtəlif ölkələrində geniş yayılıb.
Rusiya və Ukraynada da saç bazarı var. Bu ölkələrdə 20-30 sm uzunluqdakı sarışın saçlar üçün 45, açıq-qəhvəyi rəngli saçlar üçünsə 60 dollar təklif olunur.
Çində də “saç yığımı” sexləri geniş yayılıb. Belə sexlərdə çalışan qadınlar saatlarla işləyir, kəsilmiş bu saçları darayır və keyfiyyətə görə ayırırlar. Üçüncü, növbəti mərhələdə isə saçlar yuyulur, mikroblardan təmizlənmək üçün qısa müddətdə kimyəvi qarışıqda saxlanır və axırıncı dəfə daranaraq kisələrə yığılır.
Saç biznesi Hindistanın yoxsulluq səviyyəsi yüksək olan bölgələrın daha geniş yayılıb. Belə ki,Hindistanın cənubu- “Yadagirigutta” məbədində hər gün yüzlərlə yoxsul qadın başlarını daz qırxdırmaq üçün növbə gözləyir. Onların tam əksəriyyəti saçlarını heç zaman kəsdirməyib. Bu səbəbdən də belə qadınların saçlarına bərbərlər xüsusi dəyər verir, “bakirə saçlar” adlandırırlar.
Britaniya pariklər və saçların uzadılması üçün saç idxalı baxımından dünyada 3-cü yeri tutur. Bu ölkə ildə 43 milyon ton insan saçları alır. Bu isə 2 milyon insanın saçı və ya dünyanı ekvator üzrə 3200 dəfə dolamaq üçün yetərli saçdır.
AyNUR Ələkbər
Short URL: http://www.cumhuriyyet.net/?p=82115