Mirşahin ölkəni niyə tərk edib? – AÇIQLAMA
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayevin Azərbaycanı tərk etməsinin səbəbi məlum olub.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Publika.az-a açıqlamasında deyib ki, Mirşahin Ağayev müayinə olunmaq üçün Türkiyəyə gedib:
“Mirşahin Ağayev xaricə birdəfəlik getməyib, 3-4 günə qayıdacaq. O, Türkiyəyə müayinə olunmaq üçün gedib”.
Xatırladaq ki, bir neçə saytda Mirşahin Ağayevin ölkəni tərk etməsini əks etdirən fotosu yayımlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=82142