Bakıda polislər döyüldü, paqonları söküldü – İbrahimovlarla bağlı Usubova şikayət

18.11.2016 - 13:43

polis11Bakının Nərimanov rayonunda avtoyuma məntəqəsi işlədən iki qrup arasında insident yaşanıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Məlumatda bildirilir ki, qruplardan biri digərinin üzvlərinə hücumlar təşkil edir, onların həyatına təhülkələr yaradır.
Belə ki, Orucov Sevindik Aşim oğlu, Orucova Larisa Bayram qızı, Əhmədova Vəsilə Sevindik qızı, Qasımov Taleh Balarəfi oğlu Bakı şəhəri, Təbriz küçəsi 94 ünvanında yerləşən özlərinə məxsus qarajı avtomobillərin yuyulması məntəqəsinə çevirib. Onların sözlərinə görə, avtomobil yuma məntəqəsi fəaliyyətə başlayan kimi, binanın qarşı tərəfindəki iki avtomobil yuma məntəqəsini işlədən İbrahimova Nina Nazim qızı, İbrahimova Rabiyə Əsgər qızı və İbrahimov Anar Əskər oğlunun aramsız hücumlarına, təhdidlərinə, cinayət əməllərinə məruz qalıblar.
Ailənin iddiasına görə, qarşı tərəf onları təhdid edir, “Bizim avtomyuma yeri olan ərazidə başqa heç bir şəxs avtoyuma işlədə bilməz” deyib davamlı hədələyir: “Onlar dəfələrlə bizə hücum ediblər, döyüblər, söyüblər, dəfələrlə az ağır olmaqla müxtəlif bədən xəsarətləri yetiriblər.
Onlardan qorunmaq üçün əksər qanuni vasitələrə əl atmışıq. Nərimanov rayon məhkəməsinə müraciət etmişik. Məhkəmə müraciətimizə ədalətli baxıb. İddiamızın təmini tədbirini tətbiq edərək qeyd edilən şəxslərin bizə maneə yaratmasını qadağan edib. Ancaq bunun da faydası olmayıb. Həmin şəxslər məhkəmə qərarını icra etmək, məhkəmə icra məmurlarının qanuni göstərişlərinə əməl etmək əvəzinə bizə və icra məmurlarına hücum ediblər. İbrahimova Nina, İbrahimova Rabiyə və İbrahimov Anar bizə qarşı azı 40 dəfə xuliqanlıq, müxtəlif dərəcəli xəsarətlər yetirmə cinayətlərinə yol veriblər”.
Ailə məsələ ilə bağlı Daxili İşlər Naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə ittiham olunan şəxslərin polislərə də hücum çəkdiyi qeyd edilib: “Nərimanov rayon polisi əksər epizodlarla bağlı cinayət işi başlasa da, Bakı şəhər Baş Polis İdarəsi cəmi iki epizodla bağlı R.İbrahimovaya və N.İbrahimovaya, 3 epizodla bağlı isə Anar İbrahimova Cinayət Məcəlləsinin 127.1 və 221.21-ci maddələri ilə cinayət işi qaldırıb. Lakin həmin şəxslər istintaqın çağırışlarına gəlməkdən də yayınıblar. Məcburi gətirilmə tətbiq olunması zamanı isə icraçılar polis əməkdaşları İbrahimova Rabiyə, İbrahimova Nina və İbrahimov Anarın hücumuna məruz qalıb. İctimai yerdə polislər təhqir olunub, söyülüb. Polislərin poqonları sökülüb, döyülüb, müxtəlif xəsarətlər yetirilib. Polis avtomobilinə də müxtəlif zədələr vurulub. Baş verənlərin video görüntüləri də çəkilib.
Sözügedən olayla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə cinayət işi başlansa da, sonradan N. İbrahimova, R. İbrahimova və A. İbrahimovun himayəçilərinin təzyiqi ilə qanunsuz olaraq cinayət işinə xitam verilib.
N. İbrahimova, R. İbrahimova və A. İbrahimov barəsində CM-nin 127.1 və 221.2.1-ci maddələri ilə açılan cinayət işi isə baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilsə də, məhkəmə iş materiallarında texniki səhvlərə yol verilməsi əsası ilə işi yenidən ibtidai istintaqa qaytarıb.
Bu günə qədər Bakı şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsi N. İbrahimova, R. İbrahimova və A. İbrahimovun dindirilməsini, işin yenidən məhkəmə baxışına göndərilməsini yubadır. Bununla da cinayətkarların ədalətli məhkəmə qarşısına çıxarılmasının qarşısı alınır, habelə bizə əsassız, qanunsuz təsirlər edilir.
Cənab nazir, köməksiz bir ailə olaraq sizdən N. İbrahimova, R. İbrahimova və A. İbrahimovdan ibarət dəstənin törətdikləri davamlı cinayət əməllərinə görə məsuliyyətə cəlb edilməsinə göstəriş vermənizi xahiş edirik”.(bakipost.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31