Amaşovdan şad xəbər: Zabillə bağlı razılıq əldə olunub”
Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğlunailə bağlı iş aparılır.
Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və buna qədərki müalicəsinin təminatı üçün müvafiq rəsmi qurumlarla danışıqlar aparılıb və ümumi razılıq əldə edilib: “Danışıqlar əsasında ümumi razılıq əldə olunub. Jurnalistin qaraciyər köçürülməsi əməliyyatının gerçəkləşməsi üçün əvvəl uyğun donor tapılacaq, donor tapıldıqdan sonra əməliyyatın və onun tam sağalması üçün müalicənin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi razılaşdırılıb. Biz Zabil Müqabiloğlunun tam sağalıb yenidən jurnalistikaya qayıtmasına sevinərik”.(Lent.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=82256