Şınıx bölgəsində də qaz yoxdur

18.11.2016 - 17:12

bda01aa1-f454-4166-8f8e-4ad5399db04c_cx13_cy18_cw87_w987_r1_s_r1Bu bölgədə azı iyirmi kənddə nəinki mavi qazdan, hətta qaz kəmərindən belə əsər- əlamət yoxdur”.

Gədəbəyin Ermənistanla sərhəd olan Şınıx bölgəsinin sakinləri AzadlıqRadiosu-na gileylənirlər. Onların deməsinə görə, ölkənin bütün sərhəd kəndlərinin mavi qazla təmin edilməsi barədə sərəncam tam icra olunmur. Düzrəsullu kənd sakini Aydın Əkbərovun deməsinə görə, 2010-cu ildə kəndə qaz kəməri çəkilib. Kəmər Şınıx və Kollu kəndlərinədək uzadılsa da, tamamlama işləri aparılmayıb. İndi Düzrəsullu kəndinin yuxarı bölgəsində cəmi 14-15 evin sakinləri mavi qazdan yararlana bilir:

“Həmin evlərə çəkilən mavi yanacağın açılışı ilə əlaqədar 2012-ci il iyulun 17-də keçirilən yığıncaqda böyük bir yalanın şahidi olduq. Məmurlarımız televiziya kameraları qarşısında dedilər ki, Şınıx kəndləri başdan-başa qazlaşdırılıb”.

“QIFILLI QAPILARIN SAYI ARTIR”

Şınıx bölgəsi 8 nümayəndəlikdən və 28 kənddən ibarətdir. Kəndlərin hamısı Ermənistanla sərhəddə yerləşir. Sakinlərin deməsinə görə, bu kəndlərdən yalnız birinin mərkəzi hissəsində qazdan istifadə olunur. Əhali yenə də ümidini böyük hissəsi çoxdan “yoxa çıxmış” meşələrə bağlayıb.

Kənd sakini Eyvaz Həsənov deyir, yanacağın olmaması başqa problemlərə də yol açır. Deyir, erməni hərbçilərinin hücumlarına davam gətirən, bir qarış da olsun torpağının işğalına imkan verməyən Şınıx əhalisi indi yanacaq problemi üzündən evlərini tərk etməli olur:

“Kəndlərin çoxunda qapısından qıfıl asılan evlər var. Qış gələndə qıfıllı evlərin sayı daha çox olur. Adamlar soyuqdan ya başqa yerlərə, ya da paytaxta üz tuturlar. Kənddə yalnız yaşlı nəsil qalır. Hökumət kəndlərin boşalmaması üçün tədbirlər görməlidir. Meşələr qırılıb tükənmək üzrədir, əhali yanacaq problem üzündən evlərini tərk edir”.

KEÇİLMƏZ KƏNDLƏR

Ötən ilin sentyabrında “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev mətbuat konfransında elan edib ki, Şınıx bölgəsinin qalan kəndləri qazlaşdırılmayacaq. Əkbər Hacıyev bunu “bölgənin kəndlərinin keçilməzliyi və texnikanın işləməsinin çətinliyi” ilə izah edib.

Elə Gədəbəyin icra hakimiyyəti də “Qaynar xətt”ə məsələnin mümkünsüzlüyünü eyni şəkildə izah edib: “Sərhəd kəndlərdir, əlbəttə, hökumət çalışır ki, vətəndaşların çətinliklərini aradan qaldırsın. Hər şey imkanlara bağlıdır. “Azəriqaz” texniki imkansızlıqdan o kəndlərdə qazlaşdırma işləri görə bilmir”.

Bəs necə etməli? Şınıx bölgəsinin üşüyən əhalisi bu sualın cavabını yenə də hökumətdən gözləyir: “Heç bir çətinlik təbiətə ziyan vurmağa, yaşıllıqların məhvinə, bir kəndin boşalmasına haqq qazandıra bilməz”, – əhali belə deyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=82274

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31