“Facebook”da qadını şəkilləri ilə şantaj edərək pul alan şəxs tutuldu – VİDEO
Gəncə sakini olan qadın polisə bildirib ki, Gülüstan qəsəbəsədində yaşayan 36 yaşlı Məhərrəm Qurbanov onun şəkillərini internetdə yayacağı ilə hədələyib və 200 manat pul tələb edib. Əməliyyat tədbirləri nəticəsində Məhərrəm Qurbanov qadından 150 manat pulu aldıqdan sonra saxlanılıb.
Saxlanılan şəxs ittihamlarla razılaşmayaraq şəkilləri sosil şəbəkədən götürmədiyini, qadının özünün göndərdiyini bildirib. Onunla görüşdükdə isə şəkillərin qadın tərəfindən silindiyini və onu şantaj etmədiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb, aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=82301