Bu dərmanın dövlət qeydiyyatı ləğv edildi

21.11.2016 - 11:51

s%c9%99hiyy%c9%99-nazirliyiSəhiyyə Nazirliyinin sərəncamı ilə DV №14-00820 qeydiyyat vəsiqəli “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda  №1 dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib.

Nazirlikdən verilən xəbərə görə, bu qərar “Alcon Pharmaceuticals” LTD şirkətindən Səhiyyə Nazirliyinə daxil olan müraciətə əsaslanaraq qəbul olunub.

Ərizəçi şirkətin müraciətində göstərilmişdir ki, “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda  №1 dərman vasitəsinin konsentrasiyası zamanla azalır və bu hal yararlılıq müddəti ərzində dərman vasitəsinin keyfiyyətinə mənfi təsir edir. Şirkət bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyatda olduğu dövlətlərdən geri çağırılması və istehsalının dayandırlması barədə qərar qəbul edib.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, dərman vasitəsi Azərbaycan Respublikası Dərman vasitələrinin dövlət reyestrindən çıxarılıb və topdan və pərakəndə satış əczaçılıq müəssisələrindən geri çağrılıb.

lekarstva-kvinaks

Short URL: http://www.cumhuriyyet.net/?p=82479

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31