İrəvana toya gedən Nazilədən sərt sözlər: “Bəsdirin…” – Video

22.11.2016 - 15:56

rrErmənistanda iştirak etdiyi bir toy məclisindən paylaşdığı görüntüylə tənqid hədəfinə çevrilən azərbaycanlı stilist Nazilə Mehdiyeva haqqında söylənilənlərə sərt şəkildə reaksiya verib. Ölkə.az-ın məlumatına görə erməni həmkarı Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak edən Mehdiyeva Rusiyada doğulduğunu və həm Azərbaycana, həm də Ermənistana gedib gəlmək hüququnun olduğunu söyləyib.
Rusiya vətəndaşı olduğunu yazan stilist İrəvana getməsinin şişirdilməsinə əsəbləşib: “Bəli, qanım təmiz azərbaycanlı qanıdır. Amma rəfiqəmin toyuna getməyim sizi niyə bu qədər narahat edir? İdmançılar, siyasətçilər İrəvana gedəndə niyə susursunuz. Öz fikriniz olsun, siyasətdən asılı olmayın”.
Mehdiyeva daha sonra İrəvandakı toyda iştirakına belə don geyindirməyə çalışıb: “Sizin əsgərlərinizi şəxsən o öldürüb? Bəsdirin, biz sakitlik, xalqımız arasında sülh istəyirik. Məni tanımadan ləkələyirsiz. Öz yazdıqlarınızı özünüz oxuyun. Mən Ermənistana getdim deyə pis oldum, siz yaxşı? Ağzınızdan zir-zibil tökülür”.
Xatırladaq ki, N.Mehdiyevanın Ermənistandakı toy məclisində iştirakı sosial şəbəkədə və mətbuatda tənqidlərə səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=82656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31