Müğənnilərin gizli BİZNESİ: Kimin nəyi var? – SİYAHI

22.11.2016 - 17:55

rrSəs elədir ki, bir gün sənin olmaya bilər. Allah eləməsin, bir yuxudan durub görərsən ki, “xoruz buraxırsan”, ya da səsin səni yarı yolda qoyub. Hə, onda başlayırsan başına çarə axtarmağa. Elə müğənni var ki, başının çarəsinə bəribaşdan baxıb. Dar gün üçün sərmayə qoyub, ya da biznes fəaliyyətilə məşğuldur. Hərgah özlərinə “mübarəkbadlıq” verəndə iki dəsmalla elə ağlayırlar ki, az qalırsan, sonuncu qəpiyini də çıxarıb onlara verəsən. Amma ağlamaqla deyil ki, görünən kəndə nə bələdçi. Sağlıqlarına qismət olsun!

Cumhuriyyet.az publika.az-a istinadən biznesi olan müğənnilərin siyahısını təqdim edir:

Müğənni Vasif Məhərrəmlinin kişi geyimlərinin satışı ilə məşğul olan mağazası var. Mağaza oğlunun adını daşıyır.

Rəqqasə Aytənin ayaqqabı mağazası var. Özü də malları İtaliyadan sifariş edir.

Vüqar Muradov restoran sahibidir. Müğənni restoranında doğulduğu bölgənin mətbəxini təqdim edir.

Emil Bədəlov dövrün nəbzini yaxşı tutub, özünə turizm agentliyi açıb.

Azəri qızı Günel Türkiyədə “Pizza” restoranına rəhbərlik edir. Sevdiyi qonaqlara bəzən özü “pizza” hazırlayır.

Zamiq Hüseynov mağaza sahibidir, bu yaxınlarda da səsyazma studiyası açıb.

Mənzurə MusayevaXatirə İslamın çörəyi həm səslərindən, həm də “daşdan”, yəni daş karxanasından çıxır. Xatirə, həmçinin xınayaxdı mərasimlərinə təşkilatçılıq edir.

Rəqqasə Fatimənin quru meyvələrin satışı ilə məşğul olan mağazası, rəqs məktəbi var. Onun, həmçinin xınayaxdı mərasimləri üçün xidmətlər təklif edən şirkəti fəaliyyət göstərir.

Rəqqasə Oksana Rəsulovanın film istehsalı ilə məşğul olan prodakşını və rəqs məktəbi var.

Elçin Hüseynov bir neçə restorana rəhbərlik edir. Müğənni biznesini şərikli, yəni qardaşı ilə idarə edir.

Nüşabə Ələsgərlinin gözəllik salonu var. Hərçənd müğənni bir neçə dəfə efirdə salonun gəlir gətirmədiyini deyib. Yoxa lənət.

Aslan Aslanov bal biznesi ilə məşğuldur. Balı Qırğızıstandan gətirən Aslanın şəriki qardaş respublikada yaşayan dayısıdır.

Sevil, Sevinc bacıları, həmçinin Rəqsanə restoran sahibləridir, amma Rusiyada.

Əməkdar artist Aygün Bəylərin avtoservisi var

Short URL: http://www.cumhuriyyet.net/?p=82691

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31