İlin sonuna əfv ola bilərmi? -Açıqlama

23.11.2016 - 16:02

%c9%99fvİlin sonu yaxınlaşdıqca ölkə başçısı tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözləntiləri artır.

Bu ilin sonuna əfvin olub-olmamasını dəqiqləşdirmək üçün Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevdən münasibət öyrəndik. Komissiya üzvü bildirdi ki, qabaqcadan nəsə söyləmək yalnışlıq olardı, amma əvvəlki illərə baxsaq, bu ilin sonuna əfv sərəncamının verilməsi ehtimalları var:

“Əvvəlki illərə baxdıqda, 31 dekabr yeni il münasibəti ilə əlaqədar cənab prezident tərəfindən əfv sərəncamları imzalanıb. Ona görə, insanlarda belə bir düşüncə hakim kəsilməkdədir ki, yenə ilin sonu yaxınlaşır və növbəti əfv sərəncamı ola bilər. Əlbəttə ki, son illərin təcrübəsinə baxsaq, görərik ki, prezident tərəfindən əfv sərəncamları mütəmadi olaraq imzalanmışdır. Mən istisna etmirəm ki, bu il də ola bilər. Amma bilirsiniz ki, əfv etmək prezident səlahiyyətlərindən biridir. Əfv nə zaman baş verməsi birbaşa prezidentin iradəsi ilə bağlıdır. Ona görə də, öncədən əfvin olacağını söyləmək yalnış olardı”.

Əlimməmməd Nuriyev qeyd etdi ki, kimlərin əfv olunub, olunmayacağını yalnız prezident qərar verir:

“Əfv siyahısına isə kimlər aid edilə bilər, bu yenə də prezidentin səlahiyyətində olan bir məsələdir.  Əfv komissiyası daxil olan müraciətlərlə bağlı rəylər hazırlayır. Ancaq rəyin qəbul edilib-edilməməsi prezident səlahiyyətinə aid olduğu üçün sona qədər heç kəs öncədən deyə bilməz ki, əfv olunacaq, ya yox, və yaxud da kimlərsə əfv olunacaq”.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82783

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31