Bakıda brend geyim butikləri bağlanır…

23.11.2016 - 17:36

b1542933-fdc4-4e42-9d27-498644fdf08f_w987_r1_sVergilər Nazirliyinin noyabrın 23-də açıqladığı məlumata görə, Bakıda məşhur geyim brendlərinin satıldığı butikləri əhatə edən bir neçə şirkət birləşib. Buna iqtisadi böhran səbəb göstərilir.

Bağlanan 3 şirkətin 35 mağazası var

«SİAY», «Sinteks Co502» və «Sinteks Co501» MMC-lər MMC-lər «Sinteks» MMC-yə qoşularaq ləğv edildiklərini açıqlayıblar. Bu şirkətlərin Bakıda, ən azı, 35 mağazasının olduğu bildirilir. Mağazaların bir çoxu iri ticarət mərkəzlərində fəaliyyət göstərir.

Satış həcmi azalıb

Birləşmənin səbəblərindən danışan «Ayma Alyans» QSC-nin direktoru Abdul Aşurov AzadlıqRadiosu-na deyib ki, şirkətlərin birləşdirilməsindən məqsəd idarəetmənin optimallaşdırılmasıdır:

«Adıgedən şirkətlərin təsisçiləri eyni şəxslərdir. Onlar daha optimal idarəetmə strukturu yaratmaq istəyirlər. Şirkətlər, faktik olaraq, eyni iş görür, amma nəzarət orqanlarına çox sayda hesabat verirlər. Başqa bir tərəfdən, böhran mağazaların iş həcmini də azaldıb».

Neftçilər prospektindəki butiklərin çoxu…

«Sinteks» MMC 1996-cı ildə yaradılıb. Paytaxtın Neftçilər prospektindəki lüks mağazaların əksəriyyəti bu şirkətindir. Qurumun Gürcüstan və Monqolustanda da biznesi var.

Şirkətlər qrupunun təsisçiləri Vüqar Feyruz oğlu Əliyev və Ülvi Şahmərdan oğlu Cərullayevdir. «Ayma Alyans» QSC onların ortaq şirkətidir. Qrupa «SSI Retail» MMC də daxildir. Bakıdakı «Mango», «New Yorker», «Next» və məşhur mağazalar onlara məxsusdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=82801

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31