Ümrə ziyarətinə səfər tarixi açıqlandı – 10 dekabr

24.11.2016 - 16:05

həcc“Zəvvarların Ümrə (kiçik Həcc) ziyarətinə gedə bilməsi Səudiyyə Ərəbistanının Azərbayandakı səfirliyinin viza təqdim etməsindən sonra mümkün olacaq”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib ki, Ümrə ziyarətinə getmək üçün kifayət qədər insan müraciət edib: “Sənədlərini təqdim edən şəxslərə viza almaq üçün Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinə müraciət olunub. Vizalar dekabrın 10-dan sonra veriləcək. Vizalar verilən kimi ümrə ziyarəti də başlayacaq. Amma bu il ikinci dəfə gedənlərdən Səudiyyə Ərəbistanı tərəfindən əlavə olaraq 530 dollar rüsum alınacaq”.

H.Babayevin sözlərinə görə, kimin ikinci dəfə ziyarətə getdiyi səfirliyin sənədləri geri verdiyi zaman məlum olacaq.

QMİ rəsmisi qeyd edib ki, ötən il Ümrə ziyarətinin qiymətləri 1800-2500 dollar arasında olub.

Bu il isə 2200-2800 dollar nəzərdə tutulub, amma tam dəqiqləşdirilməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=82909

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31