“Dini jurnalistika yaratmaq istədik…” – Sabir Həsənli

25.11.2016 - 12:52

5c27032ddda9“Bu gün Azərbaycan məscidlərində çalışan din xadimlərinin 80-85 faizi Bakı İslam Universitetinin məzunudur”.

Bunu “Heydər” məscid-kompleksi İdarəsinin sədri Sabir Həsənli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün təşkil olunmuş “Milli-mənəvi dəyərlər və KİV” adlı treninqin açılışında deyib.

Onun sözlərinə görə, uzun illər Bakı İslam Universitetində dini jurnalistika ixtisasının yaradılması istiqamətində iş aparıblar: “Yəni rəhbərlik etdiyim ali təhsil müəssisəsinin Azərbaycanda dini sahədə ixtisaslaşmış jurnalistlərin yetişdirməsini istədik. Ancaq təəsüflər olsun ki, bunu həyata keçirə bilmədik. Jurnalistlərə dini mövzuda bilgi vermək hər zaman düşüncəmizdə olub. Nəhayət, bunu bu formada gerçəkləşdiririk”.

Short URL: http://www.cumhuriyyet.net/?p=82990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31