Azərbaycanda narkomanların sayı açıqlandı

25.11.2016 - 13:27

drugs_2_g1480065473Azərbaycanda 28500 nəfər narkoman var.

Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının nümayəndəsi Vasif Quliyev Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşdə deyib.

Vasif Quliyev bildirib ki, bu rəqəmin 60-70%-ni gənclər təşkil edir.

Dövlət Komissiyasının nümayəndəsi həmçinin mübarizə tədbirlərindən də danışıb. Bildirib ki, hər il Azərbaycanda 1 tondan artıq narkotik maddə dövriyədən çıxarılır, qanunsuz dövriyyə ilə məşğul olan 1500-ə yaxın cinayətkar məsuliyyətə cəl olunur.  Vasif Quliyev mübarizə tədbirlərinin gücləndiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Texniki Universitetin tələbələri ilə görüş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən keçirilib. Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə Nazirliklərinin nümayəndələri iştirak edib.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=83002

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31