O dünyadan gələn soydaşımız: “Geri qayıtmaq istəmirdim, zorla qaytardılar”
Son vaxtlar KİV-də kliniki ölüm keçirərək o biri dünyanı görüb gəlmiş adamlar barədə müxtəlif informasiyalar yer almaqdadır. Belə şəxslərdən biri də o dünyada gördüklərini danışmışdır. Adının çəkilməsini istəməyən şəxs bağırsaq əməliyyatı zamanı kliniki ölüm keçirdiyini və bir müddətdən sonra özünə gəldiyini bildirir. Müsahibim kliniki ölüm anında görüklərini belə nəql edir:
-Ruhum bədənimdən çıxaraq tavanda dayanmışdım. Həkimlər ürəyimin vurmadığını görüb təlaşa düşdülər. Mən ruh şəklində qaranlıq tuneldən keçərək işıqlı və gözəl bir məkana düşdüm. Orada məni Cənnəti Cəhənnəmi gəzdirərək dünyanın bir sıra sirlərini izah edirdilər. Bu sirlərdən biri dil haqqında oldu. Dedilər dil orqanizmin keşikçisi funksiyasını yerinə yetirir. Belə ki, daxili orqanlar qazarmada yatan əsgərlər msalındadır. Adətən hərbi qaydalara görə yatan əsgərləri qorumaq üçün qazarmanın qapısı ağzında bir nəfər keşikçi (dnivalnı) dayanır. İnsan orqanizmində həmin keşikçi funksiyasını dil yerinə yetirir. İnsan düşmənlə qarşılaşarkən əgər dil artıq-əskik söz danışarsa və yaxud barışıq yaratmazsa düşmən hücum edərək bədən boşluğunda olan daxili orqanları (oxu: qazarmada yatan əsgərləri) zədələyər ki, bu da insanın ölməsinə səbəb olar.
Həmçinin, fövqəladə hallarda dil həyəcan səsi ilə lazımi insanları (və yaxud Allahı) köməyə çağırır ki, bununla da keşikçi funkiyasını yerinə yetirmiş olur. Bir məqamı da qeyd edim ki, dil əgər “özünü pis aparıb” kiməsə sataşarsa bunun ziyanını adətən “qazarmada yatan əsgərlər” (daxili orqanlar) çəkir – düşmən hirslənərək, orqanlardan birini zədələyir.
Odur ki, öz təhlükəsizliyini qorumaq üçün insan gərək dili xoş danışığa, artıq sözlərdən çəkinməyə vərdiş etdirsin.
İnsan orqanizmi bir hərbi sistemə bənzəyir ki, burada hər cür fövqəladə vəziyyətlərə hazır olmalıyıq.
Müsahibimiz daha sonra o biri dünyada ona küləyin əhəmiyyətini izah etdiklərini bildirdi:
– Dedilər külək olmasa əkin-biçin, bağ-bağat bar verməz. Külək ağacların və bitkilərin toxumlarını ətrafa səpələməklə rəncbər funksiyasını yerinə yetirir. Bütün bu və digər sirlərdən agah etdikdən sonra müsahibim yenə də əməliyyat olunduğu palataya qayıdır və kənardan baxdıqda həyat yoldaşının və övladlarının onun ruhsuz bədəni ətrafında ağladıqlarını görür. Beləliklə ruhu bədəninə daxil olur və yenidən bu aləmə qayıdır.
Bundan başaz nternet ünvanımıza Murad Həsənov adlı daha bir soydaşımızdan məktub daxil oldu. Məktub müəllifi ürək əməliyyatı keçirən zaman ruhunun bədəndən çıxdığını, o dünyada olarkən gördüklərini və eşitdklərini təsvir edir. Oxucu marağına səbəb olacağını nəzərə alaraq, həmin məktubu təqdim edirik:
“Türkmənistandakı xəstəxanalardan birində ürək əməliyyatı keçirirdim. Əməliyyat dörd saat çəkdi. Həmin vaxt gördüm ruhum bədənimdən çıxdı. Tunellərdən keçdim. Dəqiqliyi ilə deyə bilərəm ki, haradasa 5-6 dəqiqəyə tuneldən keçdim. Sonra ağ, düm ağ bir yerə çıxdım. Orada təxminən bir addımlıqdan kimsə mənimlə danışırdı. Qorxulu deyildi, sanki adi halmış kimi, özümü rahat hiss edirdim.
Mən ilk ora düşəndə bu kəlməni işlətdim: “Nəhayət ki!” O, belə cavablandırdı: “Heç sevinmə, geri donəcəksən”. Mən isə, bu sualı verdim: “Nəyə görə?” O, dedi ki, “sənə hələ ölüm yazılmayıb, ona görə getməlisən geri. Bura alışma, onsuz da geri dönəcəksən”. Bundan sonra mən səslər eşitdim ki, həkimlər mənə sual verirlər: ozünü necə hiss edirsən, haralardasan?
Mən ayıldım, suala da cavab verdim dedim ki, New Yorkdaydim. Həkimlər ucadan güldülər. Amma, bir soz deyim: nədənsə geri qayıtmaq istəmirdim. Ruhum göydə olanda xəstəxananın kolidorunda gözləyən bütün yaxınlarımı görürdüm ruhum sayəsində. Həmin vaxt ruhum şad idi, rahat idi deyə, geri qayıtmaq istəmirdim. Məni zorla qaytardılar”.(moderator.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=83058