Beyləqan təhsili islahata doğru: Xuraman Rüstəmovanı kimlər və niyə hədəfə alıb?

26.11.2016 - 00:03

rrMətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Belə hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə edilən düzgün məlumatları yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları “zakaz”ları rəhbər tuturlar? Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar? Yaxşı olmazdımı ki, həmin kolleqalarımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul ədilərlər.
Bu gün təəssüfdoğurucu kampaniyalardan biri də Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovaya qarşı aparılır. Əslində Beyləqan təhsil sisteminin bu günü, təhsil şöbəsinin hazırki rəhbəri rəhbəri Xuraman xanım Rüstəmova haqda qərəzli, sifarişli və ən başlıcası həqiqətə söykənməyən yazılar dərc etməklə həm medianın informasiya dəqiqliyinə xələl gətirir, həm də özünüzü dəyərdən salırsınız. Görən bu şəxslər kimə qarşı piar apardıqlarının fərqindədirlərmi? Həmin şər atdığınız şəxs Beyləqan yurdunun, bütöv bir elin obanın yetişdirdiyi xanım ziyalıdır. Şər atdığınız adam sıradan bir şəxs deyil: ƏSL AZƏRBAYCAN XANIMIDIR, MÜƏLLİMDİR, ANADIR və nəhayət VƏTƏNPƏRVƏRDİR, ÖZÜDƏ ELİNƏ OBASINA BAĞLI OLAN VƏTƏNPƏRVƏR… Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, səvincinə səvinməyi bacarır. Bu adam bütün varlığı ilə elinə, obasına, doğma torpağına bağlı adamdır.
İndi isə gəlin prosesləri ardıcıllıqla izləyək: Uzun illər Beyləqan təhsili üzərində Tofiq Sadıqov kimi bir kölgə olub. Onun rəhbərliyi dövründə rayonun təhsil sistemi tənqid olunmaqdan da o yana keçərək artıq lətifələr mövzusuna çevrilmişdi. Təhsil naziri Mikayıl Cabbarovun ölkə boyunca bir neçə regionda kök salmış belə “təhsil oliqarxları”na qarşı islahatı nəhayət ki Beyləqana da çatdı və T.Sadıqov  vəzifəsindən kənarlaşdırıldı. Xuraman xanımınsa Beyləqan təhsil şöbəsinə rəhbərlik etməsi bir neçə aydır. Elə tək bu fakt Beyləqan təhsili və Xuraman xanım haqqında xoşagəlməz yazıların qurama, şişirdilmiş olduğu qənaətinə gəlməyə bəs edir. Müqayisə üçün deyək ki, bir sıra rayonların təhsil sistemində həyata keçirilən iyrəncliklər var ki, bu gün Beyləqan rayon təhsili haqqında neqativ yazılar dərc edən kiv-lər bunları görməməzliyə vuraraq əksinə həmin iyrəncliklərə bər-bəzək əlavə edərək oralara olmazın tərif yağdırırlar.
Axı bir neçə aydır ki, bu posta təyin edilən bir şəxsin yazılanlar qədər qanunsuzluğa imza atması praktik olaraq mümkün deyil. Heç olmasa yalanı yazanda bunun arxasındakı məntiqi də düşünmək lazımdır. Baxın Xuraman xanımın övladlarının avtomobilindən bəhs edirlər və bu avtomobilin fotosunu da yayırlar. Qış fəslində çəkilən bu fotoya “təhsil şöbəsinin oğlu 100 minlik maşın aldı” başlığı seçirlər. Olmaz axı, bu qədər də olmaz. X.Rüstəmova bu ilin yayında təhsil şöbəsinin müdiri olub və “qatığa qara deyənlər”in diqqətinə çatdıraq ki, o vaxtdan bu yazıların dərcinədək Azərbaycana qar yağmamışdı. Bu boyda da yalan olmaz axı! Bir tərəfdən X.Rüstəmovanın guya əvvəllər direktor işlədiyi məktəbdə müəllimlərin adına kredit götürdüyünü və indi bu kreditlərə görə xeyli borcu olduğunu, bu borcu ödəyə bilmədiyini yazanlar, bu yalanını unudaraq bir müddət sonra da onun qısa müddətdə milyonlar qazandığından dəm vururlar. Belə yerdə deyiblər ki, yalançının yaddaşı olmaz.
O ki, qaldı maşınlara və Xuraman xanımın övladlarının peşəsinə. Beyləqan o qədər də uza yer deyil, heç Azərbaycan da elə böyük ölkə keyil ki, kiminsə haqqında dəqiq məlumat toplamaq çətin olsun. İstəsəydilər öyrənə bilərdilər: Bu ailənin mərhum başçısı öz zəhməti və rayonda qurduğu təsərrüfatı ilə imkanlı şəxslərdən biri olub və bu halal zəhmətlə müəllim ananın tərbiyyəsi ilə böyüyüb, ali təhsil alıb, dövlət işində çalışan oğullar ən bahalı avtomobili sürməyi belə haqq edib. Xuraman xanımın özünə gəldikdə isə onun kapitalı bundanda zəngindir. Çünki o MÜƏLLİMDİR! Dünyanın ən yüksək kapitalı bütün ömrünü öyrətməyə həsr edən MÜƏLLİMin təbaşirinin bir tozu, bu gün ölkənin müxtəlif məkanlarında və müxtəlif vəzifələrdə çalışan tələbələrinin bir anı dəyərində deyil. Xuraman xanım özünün sahib olduğu və tələbələrinə əxz etdiyi elmi ilə varlıdır.  Bəs axı bir qism nədən əyriyə düz, düzə əyri deyir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda hardan gəlirı bu qərəzsizlik? Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Bu yazılanların “zakaz”la həyata keçirildiyini kimsə də bilməsə şəxsən cuhuriyyət.az olaraq biz bilirik. Bu gün Xuraman xanım Beyləqan təhsilində böyük bir şəbəkəyə çevrilmiş saxta diplomlu təhsil işçilərinə qarşı mübarizəyə başlayıb, müəllimlərin hər birinin attestasiyadan keçməsi tələb olunur və bu mütərəqqi islahatlar kimlərinsə kürkünə birə salıb. Həmin şəbəkədə öz qısasını belə qərəzli yazılarla alır.
Adətən baş verənləri kənardan izləyəndə nələrin necə olduğunu tam şəffaf şəkildə görmək olur. Xuraman xanımın Beyləqan təhsilinə rəhbərlik etməsi cəmi bir neçə aydır. Amma belə qısa zaman ərzində rayon təhsil sistemində müsbətə doğru ciddi proseslərin əsası qoyulub. Uzun illər ərzində xaos və başıpozuculuq şəraitində olan Beyləqan təhsili sistemli inkişaf yoluna qədəm qoyub. Xuraman Rüstəmovanın Beyləqan RTŞ-ya müdir vəzifəsinə təyin olunması da məhz Beyləqan təhsilinin əvvəlki şöhrətini özünə qaytarmaq niyyətindən qaynaqlanmışdı və bu gün bu niyyət gerçəkləşir.  Biz isə Xuraman xanım Şükürovaya yeni vəzifəsində yalnız uğurlar arzulayırıq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=83064

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31