Bakıda kişini küçənin ortasında döyə-döyə öldürdülər

28.11.2016 - 11:54

doyNoyabrın 26-na keçən gecə Bakı şəhərinin Bakıxanov qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Yuri Batanovla 1980-ci ildə anadan olmuş Natiq Abbasov qəsəbədəki kafelərdən birində yeyib-içiblər.

Gecə yarısınadək kafedə oturan tanışlar daha sonra oranı tərk ediblər və küçədə mübahisə ediblər.

Mübahisə zəminində N.Abbasov tanışına zərbələr endirib. Y.Batanovun yıxıldığını görən 36 yaşlı Bakı sakini təpiklə onun başına zərbələr endirib. 47 yaşlı Yuri küçədəcə ölüb.

Bildirilir ki, hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb və qeyri-sağlam həyat tərzi sürürlər.

Faktla əlaqədar cinayət işi başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=83188

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31