Siqaret çəkənlərə bəd xəbər: MİLLİ MƏCLİSDƏ YENİ QANUN

29.11.2016 - 14:21

qelyanTütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

Cumhuriyyet.az  azvision.az-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır.

Belə ki, “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyə əsasən, tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir.

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=83309

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31