Tarif dəyişiklikləri kimlərə təsir edəcək?

29.11.2016 - 14:59

tarifAzərbaycan əhalisinin 62 faizindən çoxu ildə 1500 kubmetrdən az təbii qaz istehlak edir.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

İ.Kərbəlayevin sözlərinə görə, abonentlərdə yeni tariflərlə bağlı heç bir problem olmayacaq:

“Qaz smart-sayğacları elə quraşdırılıb ki, istehlak həcmi limiti keçəcəyi təqdirdə, onlar özləri yeni tariflə hesablayacaq. Azərbaycanda hətta əhalinin 62 faizindən çoxu ildə 1500 kubmetr qaz limitini keçmir. Buna görə də tarif dəyişiklikləri əhalinin böyük hissəsinə təsir etməyəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=83318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31