Azərbaycanda pensiya xərcləri artırılacaq

30.11.2016 - 13:30

pensiyaci“Dövlət Sosial Müdafiə Fondundan (DSMF) əmək pensiyalarının ödənilməsinə gələn il 3 milyon 213,82 min manat ayrılması nəzərdə tutulub”.

Cumhuriyyet.az  Report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov büdcə ilə bağlı komitələrin birgə müzakirəsində bildirib.

Onun sözlərinə görə, pensiya xərcləri bu illə müqayisədə 2,5% və yaxud 77,72 milyon manat artacaq:

“Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər, xərclər 1,5% və yaxud 1,55 milyon manat artırılaraq 104,4 milyon manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7% və yaxud 600 min manat artırılaraq 22,6 milyon manata, hamiləliyə və doğuşa görə xərclər 2,2% və yaxud 600 min manat artırılaraq 28,1 milyon manata çatdırılacaq.

Bundan başqa, uşağın anadan olmasına görə xərclər 7,5% və yaxud 580 min manat azaldılaraq 7,2 milyon manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3% və yaxud 300 min manat artırılaraq 13,4 milyon manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 milyon manat azaldılaraq 15,5 milyon manata, işsizliyə görə xərclər isə 15,3% və yaxud 2,33 milyon manat artırılaraq 17,6 milyon manata çatdırılıb”, – deyə o qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=83396

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31