Məzunlara ŞAD XƏBƏR

30.11.2016 - 14:07

meleyke_abbaszadeAzərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, iclasın gündəliyi DİM saytının strukturunun müzakirəsi, “Abituriyent” jurnalının xüsusi buraxılışının təqdim edilməsi, ləğvetmə komissiyasının iş planı və digər cari məsələlərdən ibarət olub.

Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in saytı barədə danışaraq qeyd edib ki, onun strukturu TQDK-nın və DQMK-nın saytlarının strukturundan fərqli qurularaq, onun geniş istifadəçi auditoriyası üçün (məktəblidən başlayaraq dövlət qulluğuna işə qəbul olmaq istəyən namizədə qədər) nəzərdə tutulub. Sayt TQDK-nın mütəxəssisləri tərəfindən işlənib hazırlanıb.

M. Abbasazadə “Abituriyent” jurnalının sonuncu xüsusi buraxılışının ümumi (9 illik) orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modelinə həsr olunduğunu qeyd edib. O bildirib ki, əhalinin xüsusi marağına səbəb olan yeni qaydalar hüquqi prosedurlardan keçmədiyinə görə model şəklində verilib. Bundan başqa, jurnalda fənlər üzrə altstandartlar, proqramlar, test tapşırığı nümunələri və cavab vərəqi nümunələri də verilib. Qeyd olunub ki, imtahanda istifadə olunacaq altstandartlar seçilərkən, 2013-cü ildən keçirilən monitorinq imtahanlarının nəticələri nəzərə alınıb, şagirdlərin əksəriyyətinin mənfi nəticə göstərdiyi altstandartlar, çətin mövzular buraxılış imtahanının proqramından çıxarılıb.

Noyabrın 10-da yaradılmış Ləğvetmə komissiyasının iş planı təqdim edilib. Komissiyanın fəaliyyəti dövründə ləğv edilən TQDK və DQMK-nın vəzifə və funksiyalarının yerinə yetirilməsinin və cari işlərin həyata keçirilməsinin zəruri olduğunu bildirilib. Ləğvetmə komissiyasının işinin təşkili üçün həyata keçirilməli olan tədbirlər və ona həvalə olunmuş vəzifələr bərədə, həmçinin bununla əlaqədar ləğvetmə komissiyası üzvləri arasında vəzifə bölgüsü aparılmasının vacib olduğunu qeyd olunub.

İclasda digər cari məsələlər də müzakirə olunub. Müzakirə olunan hər məsələyə dair Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=83403

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31