Bakıda mərasimdə qalmaqal: səhnəyə içkili çıxdı – Video
Bu gün “Kempinski Badamdar” oteldə “Nambə van” mükafatlandırma mərasimi baş tutub. Axar.az xəbər verir ki, təşkilatçı Tural Ozanın təşkil etdiyi tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb.
Qeyd edək ki, xalq artistləri Flora Kərimova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Fəxrəddin Manafov, Amaliya Pənahova, müğənnilər Nadir Qafarzadə, Ramal İsrafilov, Səidə Sultan, Nura Suri, Niyam Səlami, yazıçı Varis Yolçuyev və idmançılar İlham Zəkiyev, Füzuli Musayev, Rəfael Ağayev, millət vəkilləri Fəzail Ağamalı, Jalə Əliyeva və başqaları mükafata layiq görülüblər.
Mükafatlandırma mərasimində qalmaqal da yaşanıb. Lent.az-ın məlumatına görə, azərbaycanlı model Rüstəm Cəbrayılov səhnəyə içkili çıxaraq bu sözləri deyib: “Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər. Mənim arxamda duran insanlar var”.
Short URL: http://www.cumhuriyyet.net/?p=83432