Xaricə getmədən pulla saxta diplom alanlar var

02.12.2016 - 15:01

xaric“Təhsil Nazirliyi xaricdə təhsillə məşğul olan hansısa müəssisənin göndərişi ilə diplom tanımır”. Bunu lent.az-a açıqlamasında Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəhbəri Samir Vəliyev deyib.

S.Vəliyev deyib ki, Təhsil Nazirliyi heç bir şirkətlə, müəssisə ilə xaricdə təhsil istiqamətində əməkdaşlıq etmir: “Təhsil Nazirliyi tərəfindən diplomların tanınmasına zəmanət verən şirkətlər ən azından valideyn qarşısında məsuliyyəti dərk etməlidir. Hansısa bir şirkətin, yaxud xaricdə təhsillə məşğul olan müəssisənin göndərişi ilə biz diplom tanımırıq”.

S.Vəliyev bildirib ki, indiyə kimi ölkədə saxta diplomlarla bağlı bəzi hallar aşkarlanıb: “ Bildiyiniz kimi, Azərbaycan Müəllimlər Universitetinin bir çox filiallarında qanunsuz diplom halları aşkarlandı və o filialların fəaliyyəti dayandırıldı. Bundan başqa, artıq fəaliyyət göstərməyən, qalmaqallı Azərbaycan Beynəlxalq Universitetində qanunsuz diplom halları aşkarlanmışdı. İndi əksər insanlar Rusiya, Ukrayna, Gürcüstandan pulla diplom alırlar. Həmin şəxs fiziki olaraq o ölkədə olmadan diplomunu əldə edir və onun tanınması üçün bizə müraciət edir. Biz o məsələni araşdırırıq. Bu yöndə yenə də daha çox MDB ölkələrinin ali təhsil müəssisələri ilə bağlı problemlər yaşanır. Həmin adı sadalanan ölkələrin bəzi ali təhsil müəssisələri tərəfindən verilən təhsil öz keyfiyyətsizliyi və verdikləri diplomun əssasızlığı ilə fərqlənir”.

S.Vəliyev qeyd edib ki, xaricdə təhsil almaq istəyən şəxs əvvəlcədən seçim edəcəyi təhsil müəssisəsi haqqında məlumat toplamalıdır ki, sonra diplomun tanınmasında problem yaşamasın: “Xaricdə təhsil almaq istəyən vətəndaş xaricdə təhsil dalınca getmədən əvvəl seçdiyi və seçəcəyi təhsil müəssisəsini tam şəkildə araşdırmalıdır. Onun akkreditasiyadan keçib-keçməməsi, ixtisasının akkreditasiya olunub-olunmaması, təhsil müəssisəsinin həmin ölkədə tanınıb-tanınmamısı, gələcəkdə nostrifikasiya ilə bağlı hansı problemlərin yaranma ehtimalının olub-olmaması barədə məlumatlı olmalıdır. Eyni zamanda “Enic- Naric” beynəlxalq şəbəkə mövcuddur ki, həmin şəbəkədə ölkələr üzrə tanınan ali təhsil müəssisəsinin hamısının siyahısı mövcuddur.

Bundan başqa, hər həftənin 5-ci günü saat 4-dən 5-ə qədər Təhsil Nazirliyində bu istiqamətdə məsləhət saatları ayrılıb. İstənilən vaxt valideyn ya tələbə gəlib təhsil almaq istədiyi ali təhsil müəssisəsi ilə bağlı suallarını verə bilər. Təhsil Nazirliyi tərəfindən də lazımı köməklik olarsa, səhəri gün həmin şəxs diplomunun tanınmasında problem yaşamayacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83600

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930