2-ci sinif riyaziyyat kitabında rəzalət: böyüklər də çaş-baş qaldı – VİDEO

02.12.2016 - 23:38

rr2-ci sinif üçün Riyaziyyat kitabında yazılan bir məsələ valideynləri çaş-baş salıb. Kitabın 49-cu səhifəsində yerləşən 5-ci məsələdə dibçəkdəki gülün 15 manata satıldığı verilib. Ödənilən kağız pulların sayı isə 6 olub. Kağız pulları müəyyən etmək və bunu eyni kağız pulla ödəmək şərt kimi qoyulub. İş burasındadır ki, 15 manatı eyni 6 kağız pulla ödəmək mümkün deyil. Sayın 6 olması üçün bir 10 və 5 ədəd manatlıq lazımdır. Amma kağız pullar eyni olmadığından bu zaman da şərtdəki qayda pozulur.
Məsələ burasındadır ki, bu kitabın da müəllifi dərsliklərdəki problemlərlə tez-tez gündəmə gələn Nayma Qəhrəmanovadır. Səhhətindəki problemlə əlaqədar olaraq şifahi məlumat verən müəllif, kitabdakı digər məsələlər kimi bu səhifədəki 5-ci misalda da səhvin olmadığını iddia edir.
Onun sözlərinə görə, burada məsələni iki üsulla həll etmək tələb olunur. Birincidə, kağız pulları müəyyən etmək lazımdır. Burada pulların eyni olması məcburi deyil. Bir 10, 5 isə manatlıq tələb olunur. İkincidə isə bu məbləği eyni kağız pulla ödəmək lazımdır. Burada isə eyni kağız pulların yuxarıda göstərilən 6 rəqəmi ilə aidiyyəti yoxdur. Dibçək üçün 3 ədəd 5 manatlıq vermək kifayyətdir.
Nayma Qəhrəmanovanın sözlərinə görə, ifadə səhvliyi olduğundan anlaşılmazlıq baş verib. Ancaq ikinci sinif şagirdinin bu anlaşmazlığı necə anlayacağını isə o da bilmir. Cumhuriyyet.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83628

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930