Azərbaycanın baş qumarbazı 334 min avro uddu – Video

03.12.2016 - 00:42
rrAzərbaycanda kazinoların fəaliyyətinə qoyulmuş rəsmi qadağa qumar həvəskarlarına qumar masası arxasında varidatlar uduzmağa mane olmur. Bu yaxınlarda virtualaz.org Tbilisinin “Şanqri La” kazinosunda bir neçə saat ərzində 270 min dollar uduzmuş keçmiş deputat Fərhad Qəribov barədə yazmışdı.
Son illər ərzində Azərbaycanda poker üzrə peşəkar oyunçular zümrəsi formalaşıb ki, onlar artıq beynəlxalq turnirlərdə iştirak edilər və bəzən qələbə də qazanırlar. Yəqin ki, ölkənin ən məşhur və adlı-sanlı qumarbazı Ramin Hacıyevdir. O, bu günlərdə Maltada keçirilmiş turnirdə 334 min avro qazanıb.
Oktyabrın sonlarında Ramin Hacıyev Maltada keçirilən Avropa Poker Turunun sonuncu mərhələsinin final masası arxasına əyləşmək hüququ qazanmış altı oyunçudan biri olub. Qeyd edək ki, TOP-6 sırasına düşməyin özü hər bir oyunçuya 98700 avro mükafat qazandırır. Bu azmış kimi, Ramin Hacıyev poker ictimaiyyəti tərəfindən bu mərhələnin hayrolleri adlandırılıb. Poker terminologiyasından baş çıxarmaqda çətinlik çəkən oxucularımıza bildirək ki, hayroller dedikdə inanılmaz yüksək limitlərdə oynamaq bacarığı olan və çox böyük məbləğlərdə “stavka” edən oyunçular nəzərdə tutulur. Belə insanlar üçün bir neçə saat ərzində yarım milyon, bəzən isə 1 milyon dollar uduzmaq adi işdir. Halbuki, adi öləri üçün bu qədər pulu qazanmağa bir ömür də bəs etməyə bilər.
Azərbaycanlı qumarbaz yarışın yalnız həndz-ap (yalnız iki oyunçunun iştirak etdiyi) mərhələsində Yeni Zelandiya təmsilçisinə uduzub.
Final masasının yekunu: Devid Yan – €465800, Ramin Hacıyev – €334400, Aleksey Xoroşenin – €217400, Maks Silver – €164030, Nikita Bosyakovski – €127400, Ole Şemion – €98740./Virtualaz.org/

Short URL: http://www.cumhuriyyet.net/?p=83642

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31