Lənkəranskinin İtaliya mafiya bossları ilə əlaqələri və ERMƏNİLƏRİN NARAHATLIĞI
Qanuni oğru Rövşən Lənkəranskinin qətlindən xeyli keçsə də onun ətrafında olan söz-söhbətlər səngimir. Lənkəranskinin kriminal bağlantıları ilə bağlı İtaliya mətbuatında da bir sıra məlumatlar yayılıb. İtaliyanın güc strukturları vaxtilə Lənkəranskini axtarışa verdiklərinin səbəbləri açıqlayıblar.
Məlum olub ki, həmin vaxt Rövşən Lənkəranski İtaliyanın Pozitano şəhərində 2 lyuks otel alıb. Bunlardan biri “Le Sirenuse” ( 52 milyon avrora alınıb), diğəri “Hotel Covo dei Saraceni”-dir (49 milyon avro). Otellərdən birincisi Lənkarənskinin qohumunun adına, diğəri iş ortağı, “şeyx Həmzət” ləqəbli çeçen avtoritet Həmzət Qastemirovun adına sənədləşdirilib. Sonradan Həmzətin kontroluna daha iki otel, bir restoran və 6 kotec keçib.
Lənkarənski Həmzətin vasitəsilə İtalyan mafiyasının bossları Mateo Messina Denaro (ləqəbi Dyabolik-şeytan) və Bernardo Provençano ilə əlaqələr qurmağı bacarıb. Qastemirov isə öz növbəsində Canıyev vasitəsilə türk mafiyasından olan Sedat Şahin və Bafralı ilə yaxınlaşıb. Bununla da əlaqələrini MDB məkanından çıxararaq Avropanın ən güclüləri arasına girməyi bacaran Lənkəranskinin düşmənləri, xüsusilə də erməni mafiya liderləri bundan ciddi narahat olublar.
Məhz bu səbələrdən İtaliya güc strukturlarının Rövşən Canıyevi 2013-cü ildə interpol vasitəsilə axtarışa verdiyi iddia olunur. O, çirkli pulların yuyulması, saxta sənədlərin düzəldilməsi, mütəşəkkil cinayətkar dəstələrlə əlaqədə şübhəli bilinirdi. 2014-cü ildə axtarış ləğv olunsa da, lakin yeni dəlillərin əldə olunması ilə axtarış yenidən bərpa olunur. İtaliya ən azı 3 dəfə Canıyevi interpolla axtarışa verib. Həmzət Provecano ailəsindən olan Marko Strippo ilə Rövşən Canıyevin İtaliyadan başqa Almaniyada da böyük əlaqələrinin olması haqda da təkzibolunmaz məlumatlar var. Lənkəranski Berlin, Hamburq və Münhen şəhərlərindəki topdansatış məntəqələrinə nəzarəti ələ keçirdiyi məlumdur./24saat.org
Short URL: http://www.cumhuriyyet.net/?p=83853