Qar yağdı, gediş haqqı birə beş artırıldı – Fotolar

08.12.2016 - 12:43

 

Bu gün səhər saatlarından Sumqayıta qar yağıb. Nəticədə şəhər daxili avtobusların gedişatında fasilələr yaranıb. Sumqayıtdan Bakıya getmək istəyən sərnişinlər isə avtovağzalda saatlarla avtobus və ya marşrut gözləyib. 
Səbəb isə qarlı hava şəraitini fürsət bilən əksər sürücülərin gediş haqqını birə beş artırmaları olub. Belə ki, bu günə qədər  gedişi haqqı 60 qəpik tələb olunan avtobusların sürücüləri sərnişinlərdən adambaşı 3 manat tələb edib. Sərnişinlər buna etiraz etsə də bəziləri çarəsiz qalıb razılaşmalı olublar. İmkanı olmayan sərnişinlər, xüsusən də tələbələr avtovağzaldan geri dönmək məcburiyyətində qalıb.
Şamaxı yolunda da qar yağması səbəbindən eyni problemlər yaranıb. Güdək qəsəbəsindən ta Xocəsən dairəsinə qədər avtomobillərin sürəti piyada adam sürəti qədər olub. Nəticədə kilometrlərcə tıxac yaranıb.




Short URL: http://www.cumhuriyyet.net/?p=83979

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728