Bakıda oğul anasının boğazını kəsdi

12.12.2016 - 11:22

Bakıda oğul anasının boğazını kəsib.

Cumhuriyyet.az  Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Savalan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən yaşayış evində kirayə yaşayan 45 yaşlı Bəkirova Fərqanə Ələsgər qızı oğlu ilə mübahisə edib. Nəticədə F.Bəkirova oğlunun bıçaqlı hücumuna məruz qalıb. F.Bəkirovanın boğazı kəsilib.

O, digər oğlunun köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Bəkirova əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilib.

F.Bəkirova cərrahiyyə əməliyyatından sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına izahat verərkən oğlunun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyini və ondan şikayətçi olmadığını bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=84140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728