Məleykə Abbaszadə imtahanların ödənişli olması barədə

14.12.2016 - 13:44

“Gələcəkdə ödənişli imtahanlar olarsa, bunun hansı formada keçirilməsi ilə bağlı iqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparılır”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Şura sədri bildirib ki, Maliyyə Nazirliyinə təqdim olunması üçün sənədlər hazırlanır: “Təbii ki, bu məsələni hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır. Prezidentin aprel ayındakı müvafiq fərmanında Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Eyni zamanda, imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Ona görə də yekun qərarı gözləyirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=84375

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728